Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Orqanizmdə xoşbəxtlik hormonunu necə artırmalı...
Orqanizmdə xoşbəxtlik hormonunu necə artırmalı...

Xoşbəxtlik hormonu - serotonin: Hər zaman xoşbəxt olmaq üçün serotonin hormonunun önəmindən danışırıq. Ruh halına təsir edən serotonin harda neə yaranır?

Serotonin, sinir sisteminin nevrotransmitterlərindən biridir. Nevrotransmitterlər, əlaqəyaran funksiyalarını yerinə yetirən molekullardır. Neyronlar arasında hərəkət edərək, birindən digərinə siqnal çatdırırlar. Serotonin, heyvan və bitki qaynaqlı proteinli qidalarda olan esansial amin turşularından əmələ gəlir.

Serotonini ruh halı və duyğularla əlaqələndirsək də, bədəndə olan serotoninin yalnız 5 faizi beyində yaranır. Elə əhval ruhiyyəmizə də, bu 5 faiz təsir edir.

Bu maddənin ən böyük hissəsi həzm sistemi hüceyrələrində yığılır. Serotonin; bəzi dəri hüceyrələrində, tormbositlərdə və digər bəzi orqanlardakı hüceyrələrdə yaranır. Serotonin miqdarı, çox önəmlidir.

Serotonin nəyə lazımdır?

Serotonin depresiyanı azaldır. Bununla yanaşı, bütün bədənimizə təsir edər. Yatmağımız, yemək yeməyimiz, yeməkləri həzm edə bilməyimiz və hətta yaralarımızın sağalması da serotoninlə əlaqəlidir.

Serotonin, xoşbəxtlik və ruh sağlamlığı ilə böyük əlaqəsi var. Yetərli qədər serotonin varsa, əhval ruhiyyəmiz yaxşı, yoxdursa depressiya halında olarıq.

Serotonin, beynin yuxu və oyaq hallarına nəzarət edən bölgələrə təsir edir və yatıb-yatmayacağımıza qərar verir.

Qanda toplanan serotonin, yaraların sağalmasına yardım edir. Kiçik damarların daralmasına səbəb olaraq qanın laxtalanmasını təmin edir.

Serotonin, sümük sağlamlığında da böyük rol oynayır. Sümüklərdə çox yüksək serotonin olduğu zaman, osteoporoz yarana bilər.

Bədəndə olan serotoninin böyük hissəsi, mədə və bağırsaqlarda olur. Bu maddə, həzm sisteminin hərəkətliliyini idarə edir.

Qida zəhərlənməsi zamanı, serotonin, qidalarla bədənə daxil olan toksik maddələrə reaksiya olaraq ürəkbulanma yaradır. Zəhərlənmə zamanı, bağırsaqlarda serotonin miqdarı artr və ishal başlayır. Qanda serotonin artdığı üçün bulanma mexanizmi oyanır.

Serotonin, ruh halımıza təsir edir. Serotonin, bədənimizdə yetərli qədər olduğu zaman belə hiss edirik:

Xoşbəxt, sakit, motivə edilmiş, daha az narahat, duyğusal baxımdan güclü.

Serotonin miqdarını dərman müalicəsi olmadan da artırmaq mümkündür. Bunun üçün; günəş şüaları altında bol vaxt keçirin. İdmanla məşğul olmaq da, serotonin səviyyəsini tənzimləyir.

Meditasiya ilə məşğul olmaq, çoxlu yatmaq, serotonin səviyyəsini artırır. Bədəndə serotonin yaranması üçün yumurta, çərəz, somon balığı, pendir və ananas yemək də faydalıdır.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »