Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əsas hədəf təşkilatın coğrafiyasının genişləndirilməsi idi"
"Əsas hədəf təşkilatın coğrafiyasının genişləndirilməsi idi"

Bir neçə gün öncə Türkdilli Dövlətlərin VIII zirvə görüşü baş tutdu. Bu zirvə görüşü mühim hadisələrlə yadda qaldı. Ticari-iqtisadi, siyasi, sosial, hərbi münasibətlərin dərinləşdirilməsi istiqmaətində qərarlar qəbul edilərək, bəyannamədə öz əksini tapdı. Azərbaycanın 2019-2021-ci illki sədrlik dönəmində önəmli strateji qərarlar qəbul edilmişdi. Bu qərarların əksəriyyəti, Türkdilli dövlətlər tərəfindən təqdir edilmişdi.

Politoloq İlyas Hüseynov qeyd edir ki, Azərbaycanın sədrlik dövrü COVID-19 pandemiyasının tüğyan etdiyi dövrə təsadüf etməsinə baxmayaraq, ölkə başçısının onlayn konfrans keçirməsi Türkdilli dövlətlər tərəfindən rəğbətlə qarşılanmışdı.

İlyas Hüseynov İlyas Hüseynov

"Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı, 2019-cu ilin oktayabrın ayında Naxçıvanda öz işinə başlamış və qarşısına böyük hədəflər qoymuşdu. Əsas hədəf təşkilatın coğrafiyasının genişləndirilməsi idi. Və Azərbaycanın sədrlik dövründə Özbəkistan, təşkilatın tam hüquqlu üzvü oldu" - deyən ekspert bildirib ki, son zirvə görüşündə isə, Türkmənistan müşahidəçi kimi təşkilata qoşuldu.

İ.Hüseynovun fikrincə, Türkdilli dövlətlərin Əməkdaşlıq Təşkilatının böyüməsi, Turan ailəsinin güclənməsi deməkdir. aOnun sözlərinə görə, Azərbaycanın uğruları, 44 günlük müharibədə qələbə bütün Türk dünyası dövlətlərni ilhamlandırmışdı. Bütün Türk dünyası, Azərbaycanın qələbəsini öz qələbəsi kimi qeyd edirdi.

"Türkiyə Cümhuriyyəti prezidenti Rəcəb Tayib Ərdoğanın Türk Dünyasının ali mükafatını İlham Əliyevə təqdim etməsi, bütün Azərbaycan xalqına verilən mükafatdır. Bu mükafat, Azərbaycan xalqının gücünü ifadə edir" - deyə İ.Hüseynov əlavə edib.

Qeyd edək ki, Özbəkistan işğaldan azad edilən ərazilərdə məktəb tikilməsi ilə bağlı təşəbbüslə iştirak edib.

Ekspertin fikrincə, Türkiyənin yaxın şərqdə, şimali Afrikada və təmsil olunduğu regionda güclənməsi, bütün Türk Dünyasını gücləndirir və hər bir dövlət hərbi sənayesinə, hərbi prespektivinə güvənərək, gələcək prespektivləri haqqında fikir mübadiləsi aparır.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, bundan sonra Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirəcək. Təşkilatın qarşısında daha böyük hədəflər var. Əsas hədəflər isə, enerji və nəqliyyat sahəsində olacaq.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »