Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkənin ən böyük problemi: Dərdimizi deməyə adam tapmırıq
Ölkənin ən böyük problemi: Dərdimizi deməyə adam tapmırıq

Ölkəmizdəki ən böyük problem, dərdimizi deməyə adam tapmamaqdır. Necə? Çox sadə...

Məsələn, işıq, su, qaz, internet və s. kəsildisə, təbii ki, vətəndaş məsələnin həlli üçün ilk həmin dövlət qurumuna üz tutur və düşünür ki, telefon əlaqəsi vasitəsilə onlara köməklik göstəriləcək. Amma təəssüf ki, bir çox hallarda vətəndaşların zəngləri cavabsız qalır. Problem qalır kənarda və vətəndaşlar saatlarla idarə ilə telefon əlaqəsi yaratmağa çalışır.

Dövlət idarələrinin saytlarında göstərilən nömrələr isə ya daim məşğul olur, ya da saatlarla çağırmasına baxmayaraq, dəstəyi götürən bir bəndə tapılmır. Bu zaman vətəndaşın bir problemi olur iki. Belə halda isə bilmirsən hansına əsəbləşəsən, hansının həllinə diqqət yönəldəsən.

Bəzi idarələrin “telefonçu qızı” isə elə bil xüsusi olaraq bu vəzifə üçün seçilib. İşi isə telefonlara cavab vermək yox, vətəndaşları acılamaq, kobud rəftar etməkdir. Bu şəxslər sanki bu cür danışıq, iynəli sözlərlə qəsdən və bilərəkdən təlimatlandırılıblar ki, bir dəfə zəng vuran şəxs qələt edib bir də vurmasın.

İnternet erasında yaşasaq da, bu gün-sabah 2022-ci ilə qədəm qoysaq da, təəssüf ki, hələ də bir çox idarələrə daban döyməsən, problemin həll olunmur.

Əziz dövlət idarələri vətəndaşların zənglərindən bu qədər narahat olursunuzsa, o zaman zəhmət çəkib problemsiz xidmət göstərin.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
Son xəbərlər
Bütün xəbərlər »