Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İnflyasiya getdiyi üçün vətəndaşlar krediti ödəmə qabiliyyətini itirirlər"
"İnflyasiya getdiyi üçün vətəndaşlar krediti ödəmə qabiliyyətini itirirlər"

Bir müddət əvvəl "Fitch Rating" reytinq agentliyi Azərbaycan üzrə yeni hesabatını açıqlayıb. Hesabatda, qurumun Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini 7,5 faizə qədər yüksəldəcəyini gözlədiyi qeyd edilib.

  • Hesabatdaki fikir nəyi əks etdirir?
  • Uçot dərəcəsinin artması, bank sektoruna necə təsir göstərəcək?

Bizimyol.info saytının suallarını cavablandıran problemli kreditlər üzrə hüquqşünas Afiq Ağaquliyev bildirdi ki, bu hesabatdan AMB-nin uçot dərəcəsini müəyyən edən zaman yerli valyutanı banklara 7,5 faizlə satacağı görünür: "Həmin banklar da gəlir əldə etmək üçün aldıqları valyutanı 7,5 faizdən yuxarı, yeni 18-20 faizlə satacaq. Əslində uçot dərəcəsi ölkədə gedən iqtisadi proseslərdən asılıdır. Əgər inflyasiya çox olarsa, uçot dərəcəsi də artacaq. Yaxud, inflyasiya az olarsa, uçot dərəcəsi də aşağı olacaq. Dərəcə nə qədər çox aşağı olsa, banklar Mərkəzi Bankdan krediti çox ucuz qiymətə alacaq və ucuz qiymətə satacaq".

Qeyd edək ki, adı çəkilən agentlik öz hesabatında, ərzaq, nəqliyyat və dövlət tərəfindən nəzarət olunan qiymətlərin təzyiqi ilə illik inflyasiyanın apreldəki 4,3 faizdən sentyabrda 8,5 faizə qədər yüksəldəcəyini vurğulayıb. Agentlik eyni zamanda, uçot dərəcəsinin 7,5 faizə qədə artıralacağını və ilin sonunda 7,6 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

Ekspertin sözlərinə görə, faiz dəhlizindəki minimum və maksimum hədd, yəni banklara verilən kreditin faiz dərəcələri 6,5, yaxud 8 faizlə ölçülür. Bunu daha geniş şəkildə izah edən hüquqşünas bildirdi ki, bir il ərzində uçot dərəcəsi aşağı həddi minimum 6 faiz olur: "Maksimum hədd isə 7 faizdən 8 faizə qaldırılır".

Əgər banklar krediti 7,5 faizlə götürsələr, vətəndaşlara neçə faizlə təqdim olunacaq?

Sualı cavablandıran müsahibimizin sözlərinə görə, bu faizi qanun çərçivəsində banklar özləri müəyyən edirlər: "Belə ki, əvvəllər fiks olaraq maksimal faiz dərəcəsi var idi. Amma indi bu dərəcə yoxdur. Yəni, maksimum 31 faiz olmalıdır. Bir qayda olaraq, maksimal və minimal kredit həddi olmalıdır ki, valyuta yuxarı həddə satılmasın. Banklar sadəcə banklararası rəqabətdə məhsulun faizini aşağı salmağa daha meyilli olurlar. Çünki, inflyasiya getdiyi üçün vətəndaşlar krediti ödəmə qabiliyyətini itirirlər. Belə ki, inflyasiyadan əvvəl vətəndaş 1500 və ya 2000 manat kredit götürürdü və vaxtında ödəyə bilirdi. Banklar da faiz dərəcələri ilə bağlı rəqabət apara bilirdi. Ancaq indi inflyasiya getdiyi üçün 2-3 min manatlıq kredit biznes üçün elə də böyük rol oynamır. Buna görə də vətəndaş 5-10 min manatlıq kreditlər götürməyə məcbur olur. Banklar da banklararası rəqabətə uyğun faiz dərəcələri müəyyən edirlər".

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
Son xəbərlər
Bütün xəbərlər »