Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müəlliməyə gül və şeir göndərənə cinayət işi açılıb
Müəlliməyə gül və şeir göndərənə cinayət işi açılıb

Türkiyənin paytaxtı Ankarada özəl məktəblərin birində qalmaqala çevrilən hadisə baş verib. Müəlliməyə gül və şeir göndərən məktəbin işçisi özünə problem yaradıb. Evli qadın bu addımda təcavüz elementi görüb və polisə müraciət edib. Məktəbin işçisi barədə cinayət işi açılıb.

Bizimyol.info xəbər verir ki, həmin şəxsi 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Məktəbin əməkdaşının bir neçə dəfə adsız hədiyyə göndərməsi riyaziyyat müəlliməsini özündən çıxarıb. Qadın pərəstişkarının kimliyini müəyyənləşdirmək üçün əməlli-başlı araşdırma aparıb. O, çiçək mağazasının kamera görüntülərini əldə edib. Beləcə, məhz məktəb işçisinin ona gül aldığı, şeir həsr etdiyi üzə çıxıb.

Problem ondadır ki, qadın anonim davranışın ərinə məxsus olduğunu düşünüb. Axşam evə gedəndə həyat yoldaşından bunu dəqiqləşdirib. Ailədə buna görə müəyyən narahatlıq yaranıb. Müəllimə şəxsi həyatında yaranmış problemə görə məktəbin əməkdaşını cəzalandırmaq qərarına gəlib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »