Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hollivud ulduzunun adından istifadə edərək qadınları aldadırlar
Hollivud ulduzunun adından istifadə edərək qadınları aldadırlar

Kinosevərlər Hollivud ulduzu Kianu Rivzi təkcə “The Matrix”dəki roluna yox, həm də sadəliyinə görə sevirlər. Aktyoru Nyu-York metrosunda çox görmək mümkündür. Rivz hətta qadınlara yer verməyi də unutmur.

Bizimyol.info xəbər verir ki, Hollivud ulduzunun sadəliyi böyük dələduzluq şəbəkəsinə stimul verib. Kianu Rivzin adından istifadə edərək qadınları aldadırlar. Bu mövzunu xeyli müddətdir araşdıran jurnalist Devid Lazarus deyir ki, şəbəkə dünyanın müxtəlif istiqamətlərinə yayılıb.

“2017-ci ildə Kanadada bir nəfərin özünü “Matrix”in ulduz aktyoru kimi təqdim etməsindən sonra dələduzların saxta hesabları ildırım sürəti ilə yayılmağa başlayıb. Tayvandan Minnesotaya qədər Rivzin adından edilən dələduzluq qlobal fenomenə çevrilib”.

Lazarus bildirir ki, metod çox yaxşı işlənilib. Dələduzlar qurbanları ilə elektron ünvanlar vasitəsilə, “Instagram”, “Facebook”, “Twitter” şəbəkələrində və ya tanışlıq saytlarında əlaqə qururlar. Burada daha çox Türkiyənin adı hallanır. Guya məşhur aktyor orada azadlıqdan məhrum edilib, bank hesablarına əli çatmır. Başqa bir variantda Rivzin filmini bitirməsi üçün müəyyən məbləğə ehtiyacı duyduğu deyilir. Qadınlar dərhal öz sevimli aktyorlarının köməyinə tələsir. 80 yaşlı amerikalı qadın o qədər dərinə gedib ki, hətta Minnesotadakı evini satıb.

Hollivud ulduzunun Tayvandan olan iki pərəstişkarı da az ziyana düşməyib. Dələduzlar onların 350 min dollarlıq kriptovalyutasını ələ keçirib. Saxta Kianu Rivz qızlardan birini onunla evlənəcəyinə inandırıb.

Bəs niyə Kianu Rivz? Nə üçün məhz bu aktyorun adından istifadə olunur. Radio jurnalisti Madlen Brend hesab edir ki, səbəb sadədir. Rivz bizim dünya üçün həddindən artıq yaxşı obrazdır.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »