Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu yaşda uşaqlar "onsuz da öləcəyik, niyə yaşayırıq ki?" deyə düşünməyə başlayırlar"
"Bu yaşda uşaqlar "onsuz da öləcəyik, niyə yaşayırıq ki?" deyə düşünməyə başlayırlar"

Cəlilabad rayonunda 14 yaşlı qız özünü asaraq intihar edib. Bir neçə gün öncə isə Qazax rayonunda 15 yaşlı oğlan özünü asaraq intihar edib. Son zamanlar uşaq və yeniyetmələr arasında intihar hadisələri artdığını müşahidə edirik. Bütün dünyada baş verən intiharlara nəzər salanda 14-17 yaşlılar arasında intihar hallarının daha çox olduğunu görmüş oluruq.

Mütəxəssislərə görə, qızlar arasında intihara cəhd halları daha çox olsa da, qızlardan çox oğlanlar intihar edir. Qızların intihara cəhd halları, oğlanlardan 2-3 dəfə çox olur. Çünki qızlar, problemlərini daha çox paylaşıb dəstək axtara bilir. Bu da qızlar arasında ölümcül intihar hallarını azaldır.

Yeniyetməlik dövründə intihar hallarının çox olması bu dövrün xüsusiyyətləri ilə əlaqəlidir. Bu dövrdə bütün uşaqlar, ağıllarına gələn hər şeyi reallaşdırmağa cəhd edərlər. Şəxsiyyətin formalaşması dövrünü yaşayan bu uşaqlar, həyatlarının hara doğru getdiyini, hansı sənətin sahibi olacaqlarını bilmədikləri üçün akademik, sosial və duyğusal həyatlarında qeyri-müəyyənlik yaşayarlar. Bu səbəbdən də ruhi münaqişələr yaşayırlar.

Psixoloq Ramin Hacıyevin sözlərinə görə, bu dövrdə uşaqlar, yaşadıqları ruhi münaqişələrin yaratdığı sıxıntılardan qaçmaq üçün intiharı seçirlər. Yeniyetmələrin intihara cəhd etməsi əslində anormal vəziyyət deyil, inkişafın normal parçasıdır.

Ramin Hacıyev Ramin Hacıyev

"Bu yaşda olan uşaqlar, var olmalarının səbəbləri barədə düşünməyə başlayırlar. "Onsuz da öləcəyik, niyə yaşayırıq ki? Yaşamaq mənasızdır" - düşüncəsi, bu yaşlarda daha çox olur. İntihara cəhd etmiş yeniyetmələrlə söhbətlər zamanı məlum olur ki, onların 50 faizi intihar barədə öncədən düşünür, planlaşdırır".

İntiharlar, çox vaxt aşağı gəlirə sahib ailələrdə, valideynlərin aşağı təhsil səviyəsinə sahib olması, ana və ya atanın olmaması, onların boşanmış olması və digər neqativ həyat hadisələri yaşayan uşaqlar arasında baş verir.

Aqressiv, xəyali dünyada yaşama, xəyal qırıqlığı, reallıqları qəbul edə bilməmək, cinsi kimliklə bağlı qeyri-müəyyənliklər, psixiatrik problemlər, ümidsizlik, depressiya, çarəsizlik, dərman və alkoqollu içkilər intihara əsas səbəblərdir.

"İntiharların digər səbəbləri; məktəblərdə müəllim və şagirdlərlə münasibətlərin olmaması, yaşıdları ilə əlaqə yarada bilməmək və s. hallardır" - deyə psixoloq bildirib.

14-17 yaşlı uşağın intihar etməsinin qarşısını necə almaq olar?

Dinləyin: Sizinlə danışdığı zaman xoşbəxt olduğunu hiss etdirin. Cəsarət verən və dəstəkləyici şeylər söyləyin. Ona ümid verin. Hisslərini dinləyin və düşüncələrini paylaşmasına şərait yaradın. Öyüd-nəsihət verməyin, tənqid etmədən intihar haqqında fikirlərini öyrənməyə çalışın. Onunla səmimi və dürüst olmağa çalışın. Sözləri və ya davranışları sizi qorxudursa, bunu ona açıq şəkildə deyin. Ancaq fikirlərinizi deyən zaman diqqətli olmağa çalışın. Onunla özünüzə aid duyğuları paylaşın.

Övladınızın intihar edəcəyini hiss etmisinizsə, professional yardım almağa çalışın. Ailə və yaxın ətrafın yeniyetmənin intihara cəhd hərəkətini ciddiyə almaması, yeni cəhdləri asanlaşdıran ən önəmli faktordur.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »