Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Teatrlarda absurd qadağalar: “Uşaq valideyndən ayrı oturmalıdır!”
Teatrlarda absurd qadağalar: “Uşaq valideyndən ayrı oturmalıdır!”

Uzun müddətdir tamaşaçıların üzünə bağlı qalan, hətta ən sonda yada düşüb açılması haqqında qərar verilən teatrlarda axır ki, canlanma müşahidə edilir. Uzun müddət işindən, teatrdan, tamaşaçı alqışından kənar düşmüş aktyorlar, teatr kollektivi isə sanki bunun əvəzini çıxmaq üçün birə-on çalışırlar.

Teatrlar arasında apardığımız müşahidədən belə qənaətə gəldik ki, buraya üz tutanların əksəriyyəti uşaqlar və valideynlərdir. Görünür, valideynlər bu fürsətdən istifadə edib, övladlarını mədəni istirahətlə tanış etməyə çalışırlar.

Biz də həftəsonunu dəyərləndirmək üçün teatrı seçənlər arasında idik. Üz tutduğumuz məkan isə Şuşa Dövlət Musiqli Dram Teatrı idi. Uzun müddətdən sonra teatra daxil ola bildiyimiz üçün çox həyəcanlı və sevincli idik. Getdiyimiz tamaşa isə sırf uşaqlar üçün nəzərdə tutulmuşdu. Adı isə “Dovşanın ad günü”. Tamaşanın biletləri oturacaqlardan asılı olaraq, 4-5 manat arasında dəyişirdi.

Teatrın qapısında biletlərimizi təqdim etdik və foyeyə daxil olduq. İçəri uşaqla dolu idi. Hər birinin gözü işıq saçırdı. Uşaqlar səbrsizliklə içəri daxil olacaqları vaxtın çatmasını gözləyirdilər. Biz isə üst geyimlərimizi qarderoba təqdim edib, bir az gözlədik. Nəhayət, zaman çatdı, qapılar açıldı və zala daxil olduq. Zala girdiyimiz an anladıq ki, üst geyimlərimizi qarderoba verməklə səhv etmişik. Çünki içəri o qədər soyuq idi ki, üst geyim olmadan oturmaq mümkün deyildi. Dərhal gedib gödəkçələrimizi götürdük və qalın geyimli halda tamaşanı izləməyə davam etdik.

Aktyorlar o qədər ürəklə oynayırdılar ki, adam inanmaq istəmirdi ki, həmin heyvan geyimlərinin, qrimlərinin altındakı insandır. Bir an yerində durmağı, sakit dayanmaq lazım olduğunu hələ anlamayan körpələrin qarşısında o qədər həvəslə çıxış edirdilər ki, bağlı qalan müddətə insanın heyifi gəlirdi.

İndi isə gələk başqa bir məsələyə… Şuşa Dövlət Musiqli Dram Teatrı digərlərindən daha balaca zala və az tamaşaçı tutumuna malikdir. Teatrın zalının az tutumlu olmasına baxmayaraq, burada da bəzi profilaktik qaydalar tətbiq edilirdi. Yəni zaldakı oturacaqlarda yalnız bir oturacaq ara buraxmaqla əyləşməyə izacə verilirdi. Bu səbəbdən də zalın yarıdan çoxu boş qalmışdı. Nə qədər qəribə görünsə də, gələn tamaşaçılar eyni ailə üzvü olsa da, hər biri məsafə ilə əyləşdirilirdi. Təbii ki, valideynlərinin yanında əyləşmək istəyən uşaqlara isə bunu izah etmək, uzaqda əyləşməyə razı salmaq çətin idi. Bu səbəbdən də bəzi valideynlər etiraz edirdi. İşçilər isə bunun yuxarıdan gələn qərar olduğunu, təssüf ki, heç bir kömək edə bilməyəcəklərini bildirirdilər.

Təbii ki, qaydalara əməl etmək vətəndaş olaraq borcumuzdur. Amma maraqlıdır görəsən, bu qərarı verənlər elə düşünür ki, tamaşaya gələnlərin hamısı şəxsi avtomobilləri ilə gəlirlər? Bilmirlər ki, elə burada iştirak edən qonaqların yarıdan çoxu avtobusdakı basabasla gəlib çıxıb bura? Məgər xəbərləri yoxdu ki, tamaşada olan məktəblilərin əksəriyyəti 30-42 uşaqla eyni sinifdə təhsil alır? Üstəlik, bir evdə yaşayan ailə üzvlərini bir-birindən qoruyacaq qədər "məsuliyyətli və qayğıkeş" olan hökumət nümayəndəsi kimdir, görəsən?...

Görünür ki, “biz dözümlü xalqıq” ifadəsini çox işlətmişik və dözümümüz sınanır.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »