Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FTB-nin 1940-cı illərdə UNO-larla bağlı araşdırma apardığı məlum olub
FTB-nin 1940-cı illərdə UNO-larla bağlı araşdırma apardığı məlum olub

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) sənədlərində pilotlar, polis məmurları, əsgərlər və mülki insanlar tərəfindən yüzlərlə uçan naməlum obyektlərin (UNO) müşahidələri təsvir edib. Məxfi sənədlərdə 43 min km/saat sürətlə hərəkət etdiyi təxmin edilən obyektləri görənlərin söylədikləri və yadplanetlilərin cəsədlərini olduğu bildirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Jurnalistlər FTB arxivlərini gözdən keçiriblər və 1940-cı illərdə "sirli gəmilər" və qəribə obyektlər haqqında çoxlu məlumatlarla bağlı araşdırma sənədləri aşkarlayıblar.

“Sənədlər hipersəs sürətlə hərəkət edən UNO-ları təsvir edilir və hətta qəribə nəqliyyat təyyarəsinin qəza nəticəsində parçalanması xəbərləri var", - deyə araşdırmaçı jurnalistlər bildiriblər.

Xüsusilə, FTB sənədləri, "Roswell UNO" qəzası adlandırılan Nyu-Meksikoda Roswell Ordusu aerodromunda baş verən insidentin təfərrüatlarını açıqlayır.

Nəşrin yazdığına görə, sənədlərdə agent Qay Hottel: “Nyu Meksikoda üç "uçan boşqab" aşkar edildi və təxminən 50 fut (15 m - red.) diametr, hündürlüyü isə cəmi üç fut olan boşqabların hər birində üç insan bədəni var idi", -deyə qeyd edib.

Həmçinin, FTB sənədlərində kaskadyor pilot Riçard Renkinin Kaliforniya ştatının Beykersfild şəhərində "V" formasında inanılmaz yüksək sürətlə tərəkət edən bir qrup obyektin iki uçuşunu müşahidə etməsi haqqında qeydləri var.

Başqa bir məxfilik çıxarılan sənəddə üç nəfərin Solt Leyk Sitidən şimalda dağlar üzərində uçan UNO-nu necə gördükləri izah edilir.

Nəşrin məlumatına görə, ABŞ-ın ilk dəfə olaraq onların səmasında izah edə bilmədiyi nəyinsə olduğunu etiraf etdiyi Pentaqonun iyun ayında dərc etdiyi hesabatdan sonra UNO-lara maraq kəskin artıb.

Oktyabrın əvvəlində NASA-nın direktoru Bill Nelson yadplanetlilərin olma ehtimalını etiraf etmişdi. Eyni zamanda, o, naməlum uçan obyektlərin Yer üzündəki hərəkətlərinin  hansısa düşmənçiliklə nəticələnməyəcəyinə ümid etdiyini bildirib.

İyunun 25-də ABŞ kəşfiyyatı UNO-nu milli təhlükəsizliyə təhdid adlandırıb. Ölkənin milli kəşfiyyat hesabatında uçan naməlum obyektlərin hava məkanını qarışdırması və pilotlara müdaxilə etməsi riskinin olduğu etimalı qeyd edilib. Milli kəşfiyyat, ekspertlərinin izah edə bilmədiyi 144 hadisəsinin UNO-larla bağlı olduğunu iddia edilib.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »