Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abdullah Öcalanın qardaşı xəstəxanada ölüb
Abdullah Öcalanın qardaşı xəstəxanada ölüb

Terror təşkilatı PKK-nın lideri Abdullah Öcalanın qardaşı Osman Öcalan Ərbildə müalicə aldığı xəstəxanada ölüb.

Bizimyol.info "haberturk"ə istinadən xəbər verir ki, Osman Öcalanın uzun müddət Ərbildəki xəstəxanalardan birində koronavirusdan müalicə aldığı bildirilib. Xəstəxanadan verilən məlumatda Osman Öcalanın bu gün saat 04.30-da öldüyü bildirilib.

Osman Öcalanın iyul ayında insult keçirdiyi iddia edilib. Osman Öcalanın oğlu Velat Osman açıqlamasında atasının səhhətinin bir müddətdir pis olduğunu, serebral iflic səbəbiylə hərəkət və danışma qabiliyyətini itirdiyini bildirib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »