Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ miqrant böhranına görə Belarus və Rusiyanı günahlandırıb
ABŞ miqrant böhranına görə Belarus və Rusiyanı günahlandırıb

Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə telefonla danışan ABŞ dövlət katibi Antoni Blinken Polşa-Belarus sərhədindəki qaçqın böhranına görə Belarus administrasiyasını və Moskvanı günahlandırıb.

Bizimyol.info xəbər verir ki, "haberturk"ün verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Blinken və Rau arasındakı telefon danışığı ilə bağlı verdiyi açıqlamada bildirib.

Açıqlamaya görə, Blinken ABŞ-ın Polşa-Belarus sərhədindəki qaçqın böhranına görə açıq şəkildə Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiyanı günahlandırdığını bildirib.

“Lukaşenko rejiminin hərəkətləri regionda təhlükəsizliyi təhdid etməklə və parçalanmanı gücləndirsə də, əsas məsələ diqqəti Rusiyanın Ukrayna sərhəddindəki addımlarından yayındırmaq məqsədi daşıyır”, - deyə bəyanatda bildirilir.

Blinken həmçinin Belarusun qaçqınlardan öz maraqları üçün istifadə etdiyini əsas gətirərək, bu ölkəyə və Rusiyaya qarşı Qərb sanksiyalarının arta biləcəyi barədə xəbərdarlıq edib.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »