Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çoxuşaqlı ana dünyanın ən gözəl qadını seçilib
Çoxuşaqlı ana dünyanın ən gözəl qadını seçilib

Sankt-Peterburq sakini, çoxuşaqlı Kseniya Davıdova Latviyada keçirilən "Mrs. Top Of The World 2021" beynəlxalq gözəllik müsabiqəsinin qalibi seçilib və dünyanın ən gözəl evli qadını olub.

Bizimyol.info xəbər verir ki, bu barədə "78.ru" məlumat yayıb.

Məlumatda bildirilir ki, epidemioloji vəziyyət və bağlı sərhədlər səbəbindən Davıdova onlayn müsabiqədə iştirak etməli olub.

"Müsabiqədə qalib gəldiyim üçün mən Rusiyanı beynəlxalq səviyyəli ekoloji və xeyriyyə layihələrində təmsil edə biləcəyəm. İştirakımın əsas məqsədi bu idi. Eyni zamanda, öz nümunəmlə bir qadının həyatın bir çox sahələrində çoxşaxəli və ahəngdar şəkildə istəklərini həyata keçirən bir insan ola biləcəyini göstərmək istəyirəm", - deyə Davıdova bildirib.

Məlumatda qeyd edilir ki, 29 yaşlı qadın üç uşaq anasıdır. O, Sankt-Peterburqun abadlaşdırılması üzrə “Rahat şəhər mühitinin formalaşdırılması” federal layihəsinin səfiridir və Sankt-Peterburqda və Leninqrad vilayətində təbiətin mühafizəsi üzrə Ümumrusiya Cəmiyyətinin üzvüdür.

Bizimyol.info

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »