Dünən İranın cənubundakı Hörmüzqan vilayətində 6,4 bal gücündə zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, bu barədə "İRNA" agetliyi məlumat verib.
Bildirilir ki, Tehran Universitetinin Geofizika İnstitutu Seysmologiya Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 15:37:04-də və yerin 15 km dərinliyində baş verib.
İranın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Müctəba Xalidi bu gün İranın cənubunda Hörmüzqan vilayətində baş verən zəlzələdə 1 nəfərin öldüyü, 27 nəfərin isə yaralandığını bildirib.