Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşada fəaliyyət göstərən “Qoç ət” restoranı haqqında yazılanlara reaksiya verib
Şuşada fəaliyyət göstərən “Qoç ət” restoranı haqqında yazılanlara reaksiya verib

Şuşa şəhərində fəaliyyət göstərən “Qoç ət” restoranı sosial şəbəkə səhifələrində yazılan məlumatları təkzib edib. “Qoç ət” haqqında yazılanları yalan və böhtan adlandırıb. Bununla bağlı olaraq restoranın yaydığı məlumatda bildirilir:

"Əziz Xalqımız!

Bildiyiniz kimi, Vətənimizin incəsənət beşiyi sayılan Şuşa şəhəri işğalçılardan azad ediləndən sonra, biz - “Qoç ət” olaraq böyük qürur hissi ilə xalqımıza xidmət etmək üçün restoran filialımızın Şuşa şəhərində açılışını etdik.

“Qoç ət” olaraq Vətən müharibəsi dönəmində Ordumuza yardımlar etdik. Şuşada restoranımız fəaliyyətə başlayandan bir həftə orada xalqımıza tamamilə təmənnasız xidmət etmişik. Açılışdan bu günə qədər hərbiçilərimizə 20% endirim kampaniyası etmişik və bu gün də bu kampaniya davam edir və davam edəcəkdir. Bir neçə gün əvvələ qədər davam edən “Yaşat Fondu”nun təşkil etdiyi “Zəfər yarmarkası”nda iştirak etdik və oradan əldə olunan gəlirin hamısını “Yaşat Fonduna” yönəltdik. Restoranlarımızda şəhid ailələrini qonaq kimi dəvət edirik, onlar üçün təmənnasız xidmət edirik. Azərbaycan xalqına, özəlliklə şəhid ailələrimizə, qazilərimizə və hərbiçilərimizə xüsusi diqqət və qayğı göstərməyə davam edirik.

Əziz Xalqımız, Ali Baş Komandanın uğurlu siyasətinin nəticəsidir ki, bu gün Qarabağ torpaqları erməni işğalçılarından azad olunub. Şəhidlərimizin, qazilərimizin qanı və canı hesabına, qazanılan böyük zəfərə kölgə salmaq istəyənlər bu gün də var. Sosial şəbəkələrdə məlum “Azad söz” səhifəsinin bizim haqqımızda yazdıqları tamamilə həqiqətdən uzaqdır. Bütün bunlar yalan, böhtan və təxribatdır. Şuşada yerləşən restoranımızda belə bir hal baş verməyib. Şuşa filialımızı açmaqda məqsədimiz gəlir qazanmaq deyil, hərbçilərimizə, orada çalışanlara, qonaqlara xidmət etməkdir!

Məlum səhifə yalan və təxribat yaydıqları üçün qanun qarşısında cavab verəcək!"

P.S. Qeyd edək sosial şəbəkədə hərbçilərin restoranda nahar etdikdən sonra onlardan böyük məbləğdə hesab tələb olunduğu və buna görə dava-dalaş düşdüyü bildirilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »