Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MN: “Ermənistan sərhədlərin delimitasiya və demarkasiyada maraqlı deyil, qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşəcək”
MN: “Ermənistan sərhədlərin delimitasiya və demarkasiyada maraqlı deyil, qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşəcək”

“Ermənistan tərəfinin bu kimi təxribatlarının qarşısı qətiyyətlə alınacaq”.

Bizimyol.info-nun məlumatına görə, bu, Müdafiə Nazirliyinin Dövlət sərhədinin Laçın rayonu istiqamətində ermənilərin növbəti təxribat cəhdi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hərbi avantüraya son qoymalıdır: “Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan tərəfi iki ölkənin dövlət sərhədinin danışıqlar yolu ilə delimitasiyası və demarkasiyasında maraqlı deyil. Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »