Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda 9 deputat Saakaşviliyə dəstək üçün aclıq aksiyasına başlayıb
Gürcüstanda 9 deputat Saakaşviliyə dəstək üçün aclıq aksiyasına başlayıb

Gürcüstan parlamentinin Vahid Milli Hərəkat Partiyasından olan 9 deputatı ölkənin eks-prezidenti Mixail Saakaşviliyə dəstək üçün aclıq aksiyasına başlayıb.

"Report" xəbər verir ki, bu barədə partiya liderlərindən biri David Kirkitadze xüsusi brifinqdə bildirib.

D.Kirkitadze bildirib ki, 45 gündür aclıq aksiyası keçirən Saakaşviliyə lazımi tibbi xidmət göstərilmir.

Aclıq aksiyası keçirən millət vəkilləri eks-prezidentin mülki klinikaya köçürülməsi tələbi irəli sürüblər.

Kirkitadzedən başqa, Akaki Minaşvili, Temur Canaşiya, Baçuki Kardava, Nika Maçutadze, Giorgi Qodabrelidze, Sulxan Sibaşvili, Levan Bejaşvili və Abdulla İsmayılov da aclıq aksiyasına başlayıblar.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »