Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlon Maskın iş müsahibəsində verdiyi sual məlum olub
İlon Maskın iş müsahibəsində verdiyi sual məlum olub

Milyarder iş adamı İlon Maskın iş müsahibələrində namizədlərə verdiyi sual ortaya çıxdı. Bildirilib ki, 280 milyard dollar sərvəti olan Maskın namizədlərə yaşadıqları çətinliklərlə bağlı sevimli sualı olub.

Bizimyol.info xəbər verir ki, "haberglobal"ın verdiyi məlumata görə, son 1 ildə Tesla səhmlərinin artması ilə dünyanın ən zəngin adamı olan İlon Maskın iş dünyasındakı uğurları ilə bağlı araşdırmalar davam edir.

50 yaşlı Maskın şirkətlərinə işə götürəcəyi namizədlərin hansı məktəbi bitirdikləri ilə maraqlanmadığı bildiri. O, "sənin üzərində işlədiyin ən böyük problen nə idi və onu necə həll etdin" sualına verilən cavaba görə namizədləri qiymətləndirdiyini bildirib.

Namizədlərin bu sualla yalan danışıb-danışmadığını anlayan Maskın universitet diplomuna əhəmiyyət vermədiyi və insanları problemlərin öhdəsindən gəlmək qabiliyyətinə görə şirkətlərinə işə götürərək uğur qazandığı vurğulanıb. “Problemlri həll etmək qabiliyəti olan adamın hər hansı bir universitet, hətta orta məktəb diplomunun olmasına ehtiyac yoxdur”, - deyib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »