Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mağazadan aldığı tort onu xəstəxanalıq edib
Mağazadan aldığı tort onu xəstəxanalıq edib

Sinqapurdan olan Alvin Çeong mağazada alınan tortunu yeyəndən sonra xəstəxanaya düşüb.

Bizimyol.info xəbər verir ki, "gazeta.ru"nun verdiyi məlumata görə, desertin içərisində kişinin dilini ağrıdan yad cisim olub.

Çeongun dediyinə görə, o, iştaha ilə yediyi tortu bitirmək üzrə olarkən, nəyinsə dilinə sancdığını hiss edib. Adam qorxaraq şiriniyyatı ağzından çıxarıb və içlikdə kiçik bir şüşə parçası olduğunu görüb. Bundan sonra Alvin təcili olaraq xəstəxanaya gedib.

Çeong tortun içinə başqa şüşə qırıqlarının olmasından və onun daxili orqanlarına zərər verə biləcəyindən ehtiyat edərək təcili xəstəxana gedib: "Başqa qəlpələrin də olması mümkündür və mən təsadüfən hiss etmədən onları udmuşola bilərəm. Əmin olmalıyam ki, bu mən düşündüyüm kimi deyil", - deyəbildirib. Müayinədən sonra  mədəsində şüşənin olmadığını öyrəndikdən sonra sakitləşib.

Xəsarət alan kişi polisə ərizə yazıb. Polisdən araşdırmaya başladıqlarını, günahkarların cəzalandırılacağını bildiriblər. Tortları istehsal edən şirkət də onların qəbahəti üzündən zərər çəkmiş şəxslə əlaqə saxladıqlarını qeyd edib.

Qeyd edək ki, bu günlərdə mətbuatda Pyatiqorsk sakini kiflənmiş tort yedikdən sonra ağır zəhərlənmə ilə xəstəxanaya yerləşdirildiyi barədə məlumat verilmişdi.

Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »