Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ptinu: Lukaşenkonun qazın nəqlini dayandırmaq barədə bəyanatından xəbərsizəm
Ptinu: Lukaşenkonun qazın nəqlini dayandırmaq barədə bəyanatından xəbərsizəm

Rusiya prezidenti Vladimir Putin Belarusun Rusiya qazının Aİ-yə tranzitini əngəlləməyəcəyinə ümid edir.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya dövlətinin başçısı “Moskva. Kreml. Putin” verilişində jurnalist Pavel Zarubinə müsahibəsində deyib:

"Nəzəri cəhətdən, əlbəttə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko tranzit ölkə prezidenti kimi, yəqin ki, bizim Avropaya ötrdümüz qazı kəsmək barədə göstəriş verə bilər. Baxmayaraq ki, bu, bizim tranzit müqaviləmizin pozulması olar. Amma mən ümid edirəm ki, vəziyyət bu həddə qədər gərginləşməyəcək”.

Eyni zamanda, Rusiya lideri Lukaşenkoya qarşı “həmişə təzyiq edildiyini və yeni sanksiyalar tətbiq edəcəkləri ilə hədələdiklərini” diqqətə çatdırıb.

“Lakin qaz tranzitini dayandırmaq Avropanın enerji sektoruna böyük ziyan vura bilər və tranzit ölkə kimi Belarusla münasibətlərimizin inkişafına kölgə salar”, - deyə Putin bildirib.

O bildirib ki, belaruslu həmkarı ilə Aİ ölkələrinə qaz tranzitinin əngəllənməsi ehtimalı ilə bağlı sözlərini müzakirə etmək niyyətindədir. “Düzünü desəm, Lukaşenkonun qaz tranzitini dayandırmaq ehtimalı ilə bağlı bəyanatı barədə ilk dəfədir eşidirəm, çünki mən bu yaxınlarda Aleksandr Qriqoryeviçlə iki dəfə danışmışam, o, bu barədə mənə heç bir şey deməyib, hətta eyham da etməyib”, - deyə dövlət başçısı deyib.

Rusiya prezidenti oxşar vəziyyəti xatırladıb. "Amma bizdə artıq belə bir təcrübə var - Ukrayna ilə. 2008-ci ildə, Allah eləməsin, biz bu böhranla üzləşdik, o zaman qazın qiyməti və tranzitin qiyməti ilə bağlı sonsuz mübahisələrə görə ukraynalı dostlarımızla razılaşa bilməmişdik. Hər şey o qədər uzandı ki, Ukrayna bizim Avropa istehlakçılar üçün nəzərdə tutan qazımızı dayandırdı. Sadəcə, ekspertlərin dediyi kimi, klapanı işə salınıb, Rusiya qazını Avropaya idxalını dayandırdılar. Eynilə də olub”, – deyə Putin bildirib.

Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »