Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropalı deputatın Saakaşvili ilə görüşməsinə icazə verilməyib
Avropalı deputatın Saakaşvili ilə görüşməsinə icazə verilməyib

Avroparlamentar deputat Anna Fotıqa həbsxana rəhbərliyinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə görüşdən imtina etməsindən sonra Gürcüstan hakimiyyətini tənqid edib.

Bizimyol.info xəbər verir ki, Anna Fotıqa ölkədəki vəziyyətlə tanış olmaq və həbsxana klinikasında olan, altı il müddətinə azadlıqdan məhrum edilmiş Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə görüşmək üçün bir gün əvvəl Gürcüstana gəlib:

"Mənə həbsxanada Mixail Saakaşviliyə baş çəkməkdən imtina etdilər. Mən Gürcüstan hökumətinin şəffaflığının və xoşməramlılığının olmamasına görə təəssüflənirəm və bir daha deyirəm ki, vəziyyəti həll etmək üçün hələ şans var", - Fotıqa Twitter hesabında yazıb.

43 gün əvvəl aclıq aksiyası keçirən Saakaşvili bazar ertəsi Qldani 18 saylı həbsxana xəstəxanasına köçürülüb. Saakaşvili köçürmənində əleyhinə olsa da, xidmət strukturları bunu reallaşdırıblar. Saakaşvilinin özəl multidissiplinar klinikaya köçürülməsini onun vəkilləri və şəxsi həkimləri tələb etsələr də məqsədlərinə nail ola bilməyiblər.

Saakaşvili gizli şəkildə Gürcüstan sərhədini keçib və oktyabrın 1-də həbs edilib.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər