Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa polisi Belarusla sərhəddə suriyalı gəncin cəsədini tapıb
Polşa polisi Belarusla sərhəddə suriyalı gəncin cəsədini tapıb

20 yaşlı Suriya vətəndaşının meyiti Belarus sərhədi yaxınlığında tapılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Polşa polisi Twitter-də məlumat yayıb.

“Sərdəddə təxminən 20 yaşlarınada Suriya əsilli bir gəncin meyiti tapılıb”, - deyə paylaşımda bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, meyit meşəlik ərazidə aşkar edilib: "Meyitin tapıldığı yerdə görülən tədbirlər ölümün səbəbini birmənalı şəkildə müəyyənləşdirməyə imkan verməyib. Meyit ölümün səbəbinin araşdırılması üçün məhkəmə-tibb şöbəsinə təhvil verilib".

Polis onu da bildirib ki, gecə saatlarında həmin ərazidə bir qrup qeyri-qanuni miqrant tərəfindən növbəti dəfə sərhədi zorla keçməyə cəhd edilib: "Belarus tərəfdən 100 nəfərə yaxın qrup hasarı aşıraraq keçməyə çalışıb. Hadisə yerinə polisqüvvələri cəlb olunub. Belarus tərəfdən sərhədi yarmağa çalışan insanlar polisi, əsgərləri və sərhəd zabitlərini görərək meşənin dərinliklərinə qaçıblar".

Sərhəd xidmətinin məlumatına görə, cümə günü Polşa-Belarus sərhədini qanunsuz keçməyə 219 cəhd qeydə alınıb. Bildirilir ki, üç nəfər İraq və bir nəfər Polşa vətəndaşı isə sərhədi keçməklərinə görə saxlanılıblar.

Cari il ərzində Polşa sərhədçiləri Polşa-Belarus sərhədini qanunsuz keçmək üçün 33 mindən çox cəhdin qarşısını alıblar. Bazar ertəsi vəziyyət gərginləşib - bir neçə min miqrant sərhədə yaxınlaşıb və vaxtaşırı böyük qruplar halında maneələri keçərək Polşaya daxil olmağa çalışır.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »