Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Türk Dövlətləri Təşkilatı ən güclü siyasi təsisatlardan birinə çevrilir"
“Türk Dövlətləri Təşkilatı ən güclü siyasi təsisatlardan birinə çevrilir"

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası”nın adının “Türk Dövlətləri Təşkilatı” adlandırılması ilə bağlı qərar qəbul olunması, təşkilatın statusunun yüksəldilməsi, əhatə dairəsinin genişləndirilməsi mühüm əhəmiyyətə malikdir. Təşkilat postpandemiya dövrünün ən güclü siyasi təsisatlarından birinə çevrilir".

Bu barədə Bizimyol.info saytına danışan politoloq Tural İsmayılov qeyd edir ki, Türkmənistanın Türk Dövlətləri Təşkilatına müşahidəçi dövlət kimi qoşulması, təşkilatın əhatə dairəsinin genişləndirilməsi, Türk Dövlətləri və xalqları arasında həmrəyliyin və əməkdaşlığın daha da güclənməsi ilə nəticələnəcək.

Tural İsmayılov Tural İsmayılov

"Türk Dövlətləri Təşkilatının digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək üçüncü tərəflərlə əməkdaşlığın formalarının qəbul edilməsi də yaddaqalan hadisələrdəndir. Özəlliklə, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan bu anlamda xeyli ciddi iş gördü.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbə münasibəti ilə təbrik edilməsi, Üzv Dövlətlərin və Türk Dövlətləri Təşkilatının ərazilərini işğaldan azad etmək uğrunda Azərbaycanın haqq işinə verdiyi güclü dəstəyin təqdir edilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin sona çatmasının alqışlanması, dövlətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörməti əsasında, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdar olunması, eləcə də Üzv və Müşahidəçi Dövlətlərin Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfələrini verməyə hazır olduqlarını ifadə etməsi önəmli nəticədir. Mərkəzi Asiyanın nəhəng gücləri, bu məsələdə ölkəmizlə həmrəyliyini göstərdi".

Politoloqun sözlərinə görə, Macarıstanın bütün Türk dövlətləri ilə əlaqələrini strateji səviyyəyə yüksəltməsini, üzv dövlətlərdə diplomatik nümayəndəliklər təsis etməsini, eləcə də müşahidəçi dövlət kimi Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığını və koordinasiyasını inkişaf etdirməsini də ayrıca nəzərə almaq lazımdır.

Üzv dövlətlər arasında münasib şəraitin yaradılması amilinə sadiq qalaraq, əlaqədar qurumlara qarşılıqlı ticarət və investisiya təşkil etmək üçün lazımi tədbirlər görməyin tapşırılması, ölkəmizin təşkilata sədrliyi dövründə gördüyü işlərin məntiqi yekunudur.

"Bu, 10 sentyabr 2021-ci ildə Bakıda təşkil olunan iqtisadiyyat nazirlərinin 10-cu görüşündə və 6 may 2020-ci ildə onlayn təşkil olunan iqtisadi ticarət və gömrük administrasiyaları nazirləri arasında ümumi görüş əsnasında qəbul olunan qərarların təsdiq edilməsidir.

Üzv dövlətlərin aidiyyəti nazirliklərinə yaşıl texnologiyalar və ağıllı şəhərlər üzrə çoxtərəfli əməkdaşlığa təşəbbüs göstərməyin tapşırılması və smart yaşayış məskəni yaratmaqda Azərbaycanın təcrübəsinin nəzərə alınmağı da diqqətdən qaçmamalıdır",- deyə politoloq bildirib.

Politoloqun fikrincə, TransXəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi çərçivəsində Zəngəzur dəhlizinin daha yaxşı əlaqə təmin etmək üçün yeni yaranan fürsət kimi vurğulanması və Üzv Dövlətlərin müvafiq qurumlarını Azərbaycan Respublikası Hökumətinin dəhlizin tezliklə fəaliyyətə başlaması üçün səylərini dəstəkləməyə çağırılması qlobal mənada mühüm əhəmiyyətə malikdir.

T.İsmayılov qeyd edir ki, Türk Dövlətləri Təşkilatı Katibliyinin son Zirvə toplantısından sonra əldə etdiyi mühüm nailiyyətlərin təsirləri davam edəcək. Dünya siyasi arenası, Türk dünyasını daha təsisatlanmış formada görəcək.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər