Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkə dələduzlarının toruna düşməmək üçün nə etməliyik?
Sosial şəbəkə dələduzlarının toruna düşməmək üçün nə etməliyik?

Bir müddət əvvəl Daxili İşlər Nazirliyinin əməkdaşları "Instagram" sosial şəbəkəsində leykoz xəstəliyindən əziyyət çəkən uşağın adına səhifə açıb pul yığan və həmin vəsaiti öz ehtiyacları üçün xərcləyən şəxsi saxladı.

Hadisə belə olub; xəstə qızının adına səhifə açıldığını görən ata, polis idarəsinə şikayət edir ki, sosial şəbəkədə onun xəstə qızının şəkillərini paylaşaraq şəbəkə istifadəçilərindən pul istənilir. Polis əməliyyat tədbiri keçirir və məlum olur ki, bu "qəhrəman", Gəncə şəhər sakini Rafiq Cəfərovdur. Gənc, dəli-dolu yaşlarında olan Rafiq Cəfərov, oxuyub öz bacarıqlarını və həyat keyfiyyətini yüksəltmək əvəzinə, “Instagram” sosial şəbəkəsində səhifə yaratdığını və yığdığı pulları öz ehtiyacları üçün xərclədiyini etiraf edir. Maraqlısı budur ki, gənc dələduz hər şeyi planlasa da, unudub ki, etdiyi cinyət əməlidir və buna görə bir gün cavab verməli olacaq. Gənc dələduz eyni zamanda pul tələb etdiyi şəxslərə bank kartı göndərən zaman da düşünməyib ki, o karta pul daxil edilən zaman, pul çıxarılan zaman, kartın kimə məxsus olduğu araşdırılan zaman onun "qəhrəmanlığının" üstü açıla bilər. Nə etsin, təcrübəsizdir də.

Sosial şəbəkələrdə saxta səhifələr yaratmaq, vətəndaşlardan bu səhifələrin adı ilə vəsait toplamaq, saxta səhifələr yaradaraq, "uşağım xəstədir" və ya "ərim ölüb, uşağa baxa bilmirəm, çörək puluna ehtiyacım var" və s. bu kimi ifadələrlə sosial şəbəkə istifadəçilərini aldadaraq vəsait əldə etmək artıq adi hala çevrilib.

Bəs sosial şəbəkə istifadəçiləri belə dələduzlara aldanmamaq üçün nə etməlidir?

Millətimiz kasıba yardım edən, sıxıntıya düşəni çətinlikdən çıxaramağa can atan, xəstəyə sağalması üçün yığılıb dava-dərman pulu toplayacaq ürəyə malik millətdir. Bəlkə, elə buna görə də aldanırıq. Hər kəsə yardım etmək istədiyimiz üçün, yardıma ehtiyacı olan vəziyyətə salınırıq.

Dələduzların toruna düşməmək üçün nə etməliyik?

İT mütəxəssisi Ramin Gözəlovun sözlərinə görə, profillərin saxta və ya həqiqətən ehtiyacı olan birinə aid olduğunu müəyyən etmək mümkün deyil.

"Çox zaman profil yaradaraq qazanc əldə etmək istəyənlər, kişilər olur. Çünki kişilər, kişi psixologiyasını yaxşı bilir. Bəzi kişilərin qadınlar qarşısında "zəif" olduğunu, onu hansı şəkildə aldada biləcəyini kişi yaxşı bilir. Və bu şəxslər müxtəlif profillər yaradaraq, insanları aldatmağa nail olur" - deyən R.Gözəlov bildirib ki, belə dələduzların həddən artıq çox profilləri olur.

Məsələn; biri ona "uşağına süd almaq üçün" pul göndərirsə, bir müddət sonra başqa profillə həmin şəxsə yazaraq, acınacaqlı vəziyyətdə olduğunu, yardıma ehtiyacı olduğunu bildirir. Çünki artıq o, "qurbanının" zəif cəhətlərini bilir, ondan necə pul qoparacağına əmindir. Çətini bir dəfə o tələyə düşənə qədərdir.

Mütəxəssis qeyd edir ki, ölkədə sosial şəbəkələrin idarə edilməsi ilə bağlı qanun olmadığı üçün istifadəçilər sosial şəbəkələrdən istədikləri hər bir məqsəd üçün istifadə edə bilirlər. İnsanların saxta profillərlə təhqir edilməsi, narkotik vasitələrin satışı, insan alveri, əxlaqsızlıqla məşğul olan şəxslərin sosial şəbəkə profilləri ilə "müştəri" cəlb etməsi və s. bu kimi hallar artıq adiləşib.

"Hesab edirəm ki, Azərbaycanda sosial şəbəkələrlə bağlı ciddi qanun qəbul edilməlidir. Türkiyə, artıq sosial şəbəkələrin Türkiyədə təmsilçilik ofisini açmağını iki ildir tələb edir. Bununla bağlı, qanun layihəsi də hazırlanıb. Türkiyədə insanları sosial şəbəkələr üzərindən təhqir etmək, hədələmək, aldatmaq mümkün deyil. Hüquq mühafizə orqanları bu məsələyə çox ciddi yanaşır. Azərbaycanda isə, vətəndaşlar sosial şəbəkələr üzərindən aldadılır, təhqir edilir, adlarına saxta profillər açılır, saxta profillərlə narkotik satışı, insan alveri və s. bu kimi halların qarşısı alınmır. Şikayət etdiyin təqdirdə, səni çağırıb izahatını alırlar. Və nəticəsi demək olar ki, çox zaman olmur. Azərbaycanda bu sahədə qanunun olmaması ilə yanaşı, bu işlə birbaşa məşğul olan qurum da yoxdur. Belə bir hal ilə qarşılaşan vətəndaş, dərdini kimə deməlidir? Aldadılan vətəndaş, kimə şikayət etməlidir? Yəni, bu məsələlər öz həllini tapa bilməyən məsələlərdir".

Mütəxəssis qeyd edir ki, Azərbaycanda sosial şəbəkələr üzərindən qnaunsuzluqların qarşısının alınması üçün əvvəlcə bu məsələni tənzimləyən qanun olmalı, sonra bu qanunun icrası ilə bağlı qurum müəyyən edilməlidir. Yəni, təyin ediləcək qurum bilməlidir ki, "samirin, əlinin, vəlinin" sosial şəbəkələrlə bağlı problemlərini o, həll etməlidir.

Azərbaycanda vəziyyət necədir? Məsələn; adına səhifə açılır, təhqir olunursan. Polis izahatını alır, işin cinayət tərkibi varsa yönləndirir prokurorluğa, prokurorluqdan nəticə əldə edilənə qədər insan intihar həddinə çatır. Və yaxud saxta profillə insanlardan yardım tələb edilir və həmin şəxs, bir gün ilişəcəyini düşünüb səhifəni silir. Bitdi.

"Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Baxın, nə qədər acınacaqlı olsa da, sosial şəbəkələrdə nazirlər, məmurlar, millət vəkilləri təhqir və tənqid edilir. Bəzən şəxsi münasibətlər zəmnində olan bu təhqirlərin insanların imicinə xələl gətirir. Ancaq qarşısı alınmır. Bəzi qurumların belə bir ifadəsi var: "bizdə IP adresi müəyyən etmək üçün texnologiya yoxdur". XXI əsrdə yaşayırıqsa, niyə bizdə belə texnologiya yoxdur? Hesab edirəm ki, bu məsələ ilə bağlı müzakirə predmeti olacaq çox amillər var" - deyə mütəxəssis qeyd edib. Onun sözlərinə görə, bir müddət əvvəl millətvəkilləri sosial şəbəkələrə qeydiyyatın şəxsiyyət vəsiqəsi ilə olmasının lazım oduğunu müzakirə edəndə həmin cinayətkarlar buna etiraz etmişdi. Niyə? Çünki şəbəkələrə qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olsa, onlar öz çirkin əməllərini həyata keçirə biməyəcəkdilər.

Sosial şəbəkə dələduzlarının qurbanı olmamaq üçün nə edək?

"Yardım etməyin - desəm, bir qədər sərt alınacaq. İnsanları, müraciətləri araşdırdıqdan sonra yardım edin. Yardıma ehtiyacı olan insanlarla görüşməyə çalışın. Əgər bu, uşağına süd almağa pulu olmayan anadırsa, yardım etmək olar. Bir düşünün, yardım etməyi düşündüyünüz profilin altında bir dələduz "kişidirsə"..." - deyə ekspert bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »