Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: Daha çox uşaqlara yazığım gəlir
Putin: Daha çox uşaqlara yazığım gəlir

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyasının Belarus və Aİ sərhədindəki miqrasiya böhranı ilə heç bir əlaqəsi yoxdur.

Bizimyol.info xəbər verir ki, bu barədə Vesti Telegram kanalında məlumat verib.

“Mən hamının bilməsini istəyirəm ki, bizim bununla heç bir əlaqəmiz yoxdur. Hər kəs hər hansı səbəbdən və heç bir səbəb olmadan bizim üzərimizə hər hansı məsuliyyət qoymağa çalışır. Miqrasiya böhranlarını Qərb dövlətləri özləri yaradıb. Eyni zamanda, Rusiya aviaşirkətləri hazırda Belarus və Aİ sərhədində olan miqrantları daşımayıb”, - deyə dövlət başçısı bildirib.

"Miqrantlarla bağlı böhranların haradan qaynaqlandığını unutmayın. Yoxsa bu problem ilk olaraq Belarusda baş verir? Xeyr, bunlar Qərb dövlətləri, o cümlədən Avropa ölkələri tərəfindən, həm hərbi, həm də iqtisadi xarakterli məqsədlər üçün yaradılıb", - Putin deyib.

"Məndə olamn məlumata görə, Aleksandr Lukaşenko və kansler Merkel bir-biri ilə danışmağa hazır olduqlarını bildiriblər. Ümid edirəm ki, bu, yaxın gələcəkdə baş tutacaq. Bu, çox vacibdir, çünki miqrantlar ilk növbədə Almaniyaya üz tuturlar", - deyə Putin bildirib.

Putin deyib ki, ilk növbədə Belarus və Polşa sərhədində olan miqrant uşaqlara yazığı gəlir: "Düzünü desəm, o görüntülərə baxanda daha çox uşaqlara yazığım gəlir".

“İlk növbədə hamiləliyin son aylarında olan qadınların və uşaqların saxlanılma şəraiti kimi humanitar məsələlər ön plana çəkilməlidir. Bəli, bu, qərb qonşularımızın guya bütün siyasətinin əsasını təşkil edən humanizm ideyalarına nədənsə uyğun gəlmir", - deyə Rusiya Prezidenti sözünə davam edib.

Prezidentin sözlərinə görə, miqrasiya böhranının həll yolu həm Belarusun, həm də Aİ-nin maraqlarına uyğun olaraq tapılmalıdır.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »