Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni terrorçu Şuşada Azərbaycan hərbçilərinə qumbara atıb
Erməni terrorçu Şuşada Azərbaycan hərbçilərinə qumbara atıb

Erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə minik avtomobilindən qumbara atıb.

Bizimyol.info xəbər verir ki, hadisə bu gün səhər saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığındakı blokpostda qeydə alınıb.

Məlumata görə, erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

Terror aktı nəticəsində bir azərbaycanlı hərbçinin yaralandığı, ancaq həyatı üçün təhlükə olmadığı bildirilib.

Erməni mətbuatı bu gün səhər saatlarında Şuşa şəhəri yaxınlığındakı blokpostda Azərbaycan hərbçilərinə qumbara atanın, noyabrın 8-də bu ərazidə öldürülmüş terrorçu Martik Yeremyanın qardaşı olduğunu bildirib.

Son xəbərlər
Bütün xəbərlər »