Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kikabidze: Ukrayna sənətçiləri Rusiyada çıxış etməkdən imtina etməlidirlər
Kikabidze: Ukrayna sənətçiləri Rusiyada çıxış etməkdən imtina etməlidirlər

Gürcü müğənni və kinoaktyor Vaxtanq Kikabidze ukraynalı sənətçiləri Rusiyada çıxış etməməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, sənətçi bu barədə Ukraynanın “Savik Şusterin söz azadlığı” şousunun efirində deyib.

“Ukraynalı sənətçilər Rusiyada çıxış etməkdən imtina etməlidir. Lakin onlar öz hökumətlərindən onlar üçün iş şəraitinin yaradılmasını da tələb etməlidirlər”, - deyə Kikabidze bildirib.

Kikabidze əlavə edib ki, özü də Rusiyaya səfər etmir və bunu edənlərlə əlaqə saxlamır.

Müğənni Rusiyanın Gürcüstana hücumundan sonra bu cür bəyanatlarla diqqət çəkib və on ildən artıqdır ki, ölkəyə getməkdən imtina edib. Sənətçi Rusiya prezidentinin təltif etdiyi Xalqlar Dostluğu ordenindən də imtina edib.

2019-cu ildə Kikabidze yaxın dostu, rejissor Georgi Daneliya ilə vidalaşmağa getməyib.

Qeyd edək ki, bu günlərdə Kikabidze şəxsən ölkə prezidenti Vladimir Zelenskiyə müraciət edərək, həbsdə olan Gürcüstanın keçmiş rəhbəri Mixail Saakaşvilinin geri qaytarılmasını xahiş edib. Müğənni Zelenskini çoxdan tanıdığını bildirib. Kikabidzenin sözlərinə görə, “yaxın dostların söhbəti” baş tutub.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »