Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: Rusiya İranın nüvə sazişinin tam bərpasını dəstəkləyəcək
Lavrov: Rusiya İranın nüvə sazişinin tam bərpasını dəstəkləyəcək

İranın nüvə proqramı ilə bağlı danışıqlarda Rusiya İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (NPHFP) icrasının tam şəkildə bərpa olunmasını müdafiə edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Noyabrın 29-da İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı iştirakçılarının danışıqlarının bərpası nəzərdə tutulub. Biz tərəfdar olacağıq ki, bu sənəd çərçivəsində 2015-ci ildə imzalanmış sazişlər həyata keçirilsin. Belə ki, onların icrası tam şəkildə bərpa olunsun”.

"Bu, Birləşmiş Ştatların öhdəliklərini yerinə yetirmək üçün geri qayıtmasını, o cümlədən NPHFP kontekstində tətbiq edilən bütün sanksiyaların ləğvini nəzərdə tutur", - nazir vurğulayıb.

"İranın nüvə proqramı mövzusu Fransa tərəfi ilə Parisdə “2+2” formatında keçirilən görüşdə müzakirə olunub. Burada bizim daha konstruktiv qarşılıqlı fəaliyyət üçün hələ də perspektivlərimiz var", - deyə Lavrovun bildirib.

Qeyd edək ki, NPHFP 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı böhranı aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurasının daimi “beşliyi” və Almaniya tərəfindən imzalanıb. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə NPHFP-dan çıxmaq barədə qərar qəbul edib. Amerika administrasiyasının hazırkı rəhbəri Co Bayden dəfələrlə ABŞ-ı Tehranla nüvə razılaşmasına qaytarmağa hazır olduğunu bildirib. “Beş üstəgəl bir” qrupu (Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa) aprel ayından Vyanada NPHFP-nı orijinal formada bərpa etmək üçün İranla danışıqlar aparır. Bu günə qədər belə görüşlərin altı raundu keçirilib.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər