Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qanunları yalnız hakimlər bilirsə, deməli, həmin ölkədə hüquq yoxdur”
“Qanunları yalnız hakimlər bilirsə, deməli, həmin ölkədə hüquq yoxdur”

Herber Klark Huver (ABŞ-ın 31-ci prezidenti)

Bu gün – 12 noyabr Azərbaycanda Konstitusiya günüdür. Konstitusiyamızın qəbul edilməsindən artıq 26 il ötür. Qədim Roma sözü olan Konstitusiya dilimizdə “təşkil etmək”, “meydana gətirmək”, “yaranmaq” mənalarını özündə cəmləşdirir. Qədim türklər bu sözü “Anayasa” adlandırırdılar.

Bu günkü əlamətdar gündən yola çıxaraq, qanunlarımızı, qanunvericiliyimizi, ümumiyyətlə qanunvericiyilimizdə mövcud olan müəyyən boşluqları öyrənmək, bu barədə topladığımız məlumatları oxucularımızla paylaşmaq qərarına gəldik.

Elə başladıq Qanunverici Hakimiyyət hesab olunan Parlamentin qalmaqallı hadisə ilə yaddaşlarda qalan deputatı və yaxud da keçmiş deputatı Eldəniz Səlimovdan. Adı çəkilən deputat 2020-ci ildə 55 saylı Xaçmaz şəhər dairəsindən Parlament seçkilərinə namizəd olaraq qatılıb. Xatırladaq ki, 2021-ci il iyul ayının 29-da Xaçmaz rayonunun Nabran qəsəbəsində, adı çəkilən deputatın öz qohumuna məxsus iaşə obyektində münaqişə baş verib və hadisə yerində olan deputat vəzifə borcunu yerinə yetirən polis əməkdaşına qarşı təhqir və zorakılığıa yol verdiyi üçün onun haqqında həbs qətimkan tədbiri seçilib.

Amma maraqlı məqam burasındadır ki, həbs edilmiş deputatın mandatı hələ də ləğv olunmayıb və onun Parlamentdəki kürsüsü də boş qalıb. Belə bir sual yaranır ki, həbs olunmuş deputatın təmsil etdiyi rayonda onun təmsil etdiyi vətəndaşların problemlərini və digər məsələlərini Parlamentdə indi kim işıqlandırır? Həmin bölgənin əhalisini indi Milli Məclisdə kim təmsil edir? Bu vətəndaşlar öz dərdlərini hansı deputata danışmalıdırlar?

Bu və digər suallarla bağlı “Elin Səsi” İctimai Birliyinin sədri, hüquqşünas, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski ilə söhbətləşdik. Fəlsəfə doktoru ilk öncə qanunvericilikdə yaranan boşluqlara, o boşluqların hansı şəkildə doldurulması məsələlərinə aydınlıq gətirdi: “Qanunvericilikdə boşluqlar o zaman yaranır ki, cəmiyyət inkişaf edir və Qanunvericilik də həmin cəmiyyətin inkişafına uyğun qanunlar qəbul etmir. Məsələn, 1975-ci ildə Azərbaycanın (SSR)qanunvericiliyi həm iqtisadi, həm sosial, həm də digər sahələr üzrə həmin ölkə insanının təfəkkürü, inkişafı ilə uyğunlaşırdı. Məsələn, hər bir insana təhsil, əmək hüququ verilib. Bu hüquq anlayışlarında bir dəyişiklik edilə bilməz. Amma o təhsil hüququ nədir, artıq onun haqqında “təhsil haqqında qanun” yaradılır. Bax, həmin qanunda boşluqlar yarana bilir. Azərbaycan Parlamenti qanunverici orqandır. Hər bir dövlətdə olduğu kimi, bu, Azərbaycanda da Milli Məclisdir. Qanunların tənzimlənməsi, müzakirə edilməsi millət vəkillərinin üzərinə düşür. Ona görə də millət vəkilləri məntəqələr üzrə seçilir. Bütün Azərbaycan Respublikası üzrə hansı ki, 125 millət vəkili seçilir, həmin şəxslər cəmiyyətdə yaranan boşluqları müşahidə edir və həmin boşluqları təklif kimi Parlamentdə irəli sürür. Bu təklifləri irəli sürdükdən sonra qəbul edilərsə, qanunvericilikdə dəyişikliklər ola bilir və yaranmış boşluq da aradan qaldırılır.

Qaldı ki, kürsüsü boş qalan deputata, onu da qeyd edim ki, Milli Məclisin Aparatı da mövcuddur. Bu Aparat ümumi sahələr üzrə çalışır. Belə məsələlərlə Milli Məclisin Aparatı, bir də İcra Hakimiyyəti orqanları çalışır. Həmin sahə, məntəqə üzrə yaşayan insanların problemlərini, qanunda baş verən boşluqları və digər faktları onlar artıq icra hakimiyyətlərinə çatdırırlar. Eyni zamanda, həm də Parlamentin Aparatına. Beləliklə, həmin millət vəkilinin yoxluğu nisbətən hiss etdirilmir” – deyə, hüquqşünas bildirib.

Daha sonra Konstitusiyamızda ölkələr arasında torpaq mübadiləsinin olub-olmaması barədə sualımıza da cavab verən İctimai Birlik sədri qeyd etdi ki, bununla bağlı Konstitusiyada dəyişiklik ola bilər: “ Məsələn, muxtar respublikalar məsələsi və yaxud torpaqların dəyişdirilməsi məsələsi ola bilərsə, bunlar üçün referendum keçirilməlidir. Onda, bəli, Konstitusiyaya dəyişiklik oluna bilər. Torpaqların dəyişdirilməsi, muxtarlıq hüququnun verilməsi məsələlərində referendum keçirilir və Konstitusiyaya dəyişiklik edilir. Ancaq indi bizim Konstitusiyamızda elə bir maddə yoxdur. Çünki bizim torpaqlarımız işğal altında idi və indi işğaldan azad olunub. Onsuz da o torpaqlar Azərbaycan Respublikasının ərazisi hesab olunurdu. Azərbaycanın xəritəsində də, dövlət sərhədləri daxilində də mövcud idi. Amma biz gələcəkdə keçmiş tarixi torpaqlarımıza qayıdarıqsa, istər şimaldan, istər cənubdan, bəli, onda artıq Konstitusiyamızda dəyişiklik olacaq. Necə ki, onda xəritəmiz də dəyişəcək” – deyə, hüquqşünas Elvin Talışınski bildirib.

Vaxtilə dövlət orqanlarında yüksək vəzifələrdə çalışdıqdan sonra cinayət əməlinə görə həbs olunub, azadlığa çıxdıqdan sonra özü üçün siyasi partiyalar yaradan şəxslərin bu hüququnun Konstitusiyamızda yeri barədə suallarımıza da cavab verilib: “Onlar Azərbaycan Respublikalasının faktiki olaraq vətəndaşlarıdır və onlar da hər birimiz kimi öz vətəndaş hüquqlarından istifadə edə bilərlər. Yəni, bəli, siyasi partiya, yaxud cəmiyyət yarada bilərlər. Burada problemli bir şey yoxdur” – deyə, İctimai Birliyin sədri sualımızı cavablandırıb.

Son olaraq, “Az yeyənin həkimə, düz gedənin hakimə yolu düşməz” ifadəsindən yola çıxaraq, qanunları bilməkdə bir hakim, onlara riayət etməkdə intizamlı bir əsgər, hüquqlarını tanımaqda isə bütöv bir cəmiyyət olaq. Konstitusiya günümüz mübarək.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »