Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı bəyanat yayıb
NATO Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı bəyanat yayıb

NATO Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bu barədə NATO-nun saytında məluat verilib.

"Şimali Atlantika Şurası siyasi məqsədlər üçün Polşa, Litva və Latviyaya qarşı yönəlmiş hibrid hücumların bir hissəsi kimi Belarus tərəfindən süni şəkildə yaradılmış qeyri-qanuni miqrasiyanın davamlı alətə çevrilməsini qətiyyətlə pisləyir.

Bu qəddar davranışlar həssas insanların həyatını təhlükə altına qoyur. NATO Polşa, Litva, Latviya və təsirə məruz qalan digər müttəfiq dövlətlərlə həmrəydir. Vacib beynəlxalq tərəfdaşlarla yaxın koordinasiya tələb edən vəziyyətə cavab olaraq fundamental dəyərlərə və beynəlxalq hüquqa əsaslanan müttəfiqlər tərəfindən fərdi və kollektiv şəkildə atılan addımları dəstəkləyir.

Biz Belarusun Polşa, Litva və Latviya ilə sərhədlərində növbəti eskalasiya və təxribat riskinə qarşı ayıq-sayıq olacağıq və onun Alyansın təhlükəsizliyinə təsirlərini izləməyə davam edəcəyik. NATO müttəfiqləri Belarusu bu hərəkətləri dayandırmağa, insan hüquq və əsas azadlıqlarına hörmət etməyə və beynəlxalq hüquqa riayət etməyə çağırır", - bəyanatda qeyd olunub.

Paylaş »
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
››› Rusiya “omicron”la bağlı iddialara cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »