Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahil Babayev: "Gələn il investisiya fəaliyyətinə keçməyi düşünürük"
Sahil Babayev: "Gələn il investisiya fəaliyyətinə keçməyi düşünürük"

“Pensiya fondunun gəlirə çıxmasını istəyiriksə, bu, əlavə 1 milyard manat öhdəlik deməkdir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu, indiki prioritetlər baxımından vacib sayılmır: “Bu gün dövlətin qarşısında duran bu cür prioritetlərin qarşısında pensiya fondunun gəlirə çıxmasını vacib hesab etmirik. Gələn il investisiya fəaliyyətinə keçməyi düşünürük. İnvestisiya fəaliyyətinə ehtiyatlarımızdan vəsait yönəltmək istəyirik. Biz pensiya ödənişlərini 1 ay avansla ödəyirik. Buna bizim formalaşmış ehtiyatlarımız imkan verir. Gələn il üçün bizim ehtiyatımızın 400-500 milyon manata çatacağını proqnozlaşdırırıq”.(apa)

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər