Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bölmədə qardaşımın telefonunu alıblar, qaytarmaq üçün 100 manat istəyiblər"
"Bölmədə qardaşımın telefonunu alıblar, qaytarmaq üçün 100 manat istəyiblər"

Yevlax rayon xəstəxanasındakı biabırçı vəziyyəti, həkimin otağına girişin tualetdən olduğunu əks etdirən görüntüləri lentə alan və sosial şəbəkələrdə yayaraq ictimaiyyətə çatdıran Elyar Mehtiyevlə bağlı daha əvvəldə məlumat dərc etmişdik. Məlumatda bildirilirdi ki, o, polis bölməsinə çağırılıb və telefonu əlindən alınıb, telefonunun qaytarılması müqabilində pul və baş həkimdən üzr istəməsi tələb olunub.

Məsələ ictimailəşdirildikdən sonra isə DİN-in Mətbuat xidmətinin, KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məsələyə müsabibət bildrimiş və qeyd etmişdi ki, rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində araşdırmalar davam etdirilir.

Elşad Hacıyev Elşad Hacıyev

Elyar Mehtiyevin bacısı Bahar Mehtiyeva Bizimyol.info-ya hadisəni ətraflı şərh edərək bildirib ki, qardaşından alınan 90 manat pul hələ də geri qaytarılmayıb.

“Qardaşım cinayət törətməyib, heç kimi təhqir etməyib. Hər kəsin görüb, amma işıqlandırmadığı bir şeyi çəkib. Polis idarəsində sahə rəisi olan Saleh qardaşımdan telefonu müqabilində 100 manat pul tələb edib. Qardaşıma deyib ki, “100 manat pul gətir və həkimdən üzr istə, sonra telefonunu apar”. Qardaşım isə telefonunu götürmək üçün 90 manat pul aparıb verib və bildirib ki, 10 manatı da sonra gətirəcək. Polis idarəsində sahə rəisi olan Saleh isə razılaşmayıb. Bildirib ki, 10 manatı da gətirərsən, üzr də istəyərsən, sonra telefonu götürərsən və məsələ bağlanar. Qardaşım isə bildirib ki, üzr istəməyəcək. Çünki o heç kimi söyməyib, təhqir etməyib.

Mənim bu barədə paylaşımımdan, medianın diqqətindən sonra isə qardaşıma zəng ediblər ki, gəl, telefonunu götür. Qaraoğlan kənd bələdiyyəsi isə qardaşımla əlaqə saxlayaraq bildirib ki, “bacına de, paylaşımları silsin. Mən özüm pulu alıb sizə verəcəm. Hamı paylaşımı silməyimi istəyir, amma puldan xəbər yoxdur”.

Bahar Mehtiyeva sonda qeyd edib ki, məsələ geniş işıqlandırıldıqdan sonra DİN-in Mətbuat xidmətinin, KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev şəxsən onun özü ilə əlaqə saxlayıb və bu gün məsələnin həll olunacağını bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər