Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azəristiliktəchizat” "soyuqdan ölmə" testi keçirəcək: "Məhdudiyyətlər olacaq"
“Azəristiliktəchizat” "soyuqdan ölmə" testi keçirəcək: "Məhdudiyyətlər olacaq"

“"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” İstehsalat Birliyinə 25 milyon manat borcu var”.

Qeyd edək ki, bu barədə bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev, “Facebook”da açdığı canlı yayımda deyib. Onun sözlərinə görə, qazın açılışının təmin olunması üçün “Azəristiliktəchizat” ASC tərəfindən “Azəriqaz” İB-yə müraciət olunmalıdır.

R.Əliyev həmçinin bildirib ki, hazırda ölkədə 506 qazanxana fəaliyyət göstərir: “"Azəristiliktəchizat" ASC tərəfindən müraciət olduqda, borcu olmayan qazanxanalar üzrə qazın açılışını təmin edəcəyik”.

"Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev isə, mətbuata açıqlamasında bildirib ki, havaların soyuması ilə əlaqədar Azərbaycanda mənzillərə istiliyin verilməsinə vaxtından tez başlanıb. O, bildirib ki, bu gündən müraciətlər əsasında qazanxanaların açılmasına başlanılıb. Yəni, kim müraciət edib, ödənişə təminat versə, onların qazanxanalarını işə salırıq.

Ümumilikdə, "Azəristiliktəchizat" 554 qazanxanadan 184 minə yaxın mənzilə, 281 məktəbə, 160 uşaq bağçasına, 161 səhiyyə müəssisəsi və 1980 sosial obyektə istilik verir. "Azəriqaz"ın mətbuat katibi Eldəniz Vəliyev deyir ki, "Azəristiliktəchizat" bu borcu uzun illər ödəməyərək bu məbləğə çatdırıb. İndi də ödəməlidir. Əks təqdirdə, məhdudiyyətlər olacaq.

Eldəniz Vəliyev deyir ki, bu fikri 506 qazanxananın hamısına aid etmək olmaz. Çünki qazanxanaların müəyyən hissəsi istehlak etdiyi mavi yanacağa görə yaranan borcu ödəyib. Problem, yalnız ödəməyənlər üçün yarana bilər. Qeyd edək ki, iki qurum arasında borc qalmaqalı illərdir ki, davam edir. "Azəriqaz" ona olan borcu tələb etsə də, hələ ki, əks tərəf bu barədə nə tutarlı bir açıqlama verir, nə də borcu ödəyir. Olan isə, sadə vətəndaşa olur.

25 milyon manat! Az məbləğ deyil. Sadəcə olaraq iki dövlət qurumu arasında yaranmış bu məbləğin niyə yaranması, niyə ödənilmədiyi cəmiyyətə açıq şəkildə izah edilməlidir. Dövlət özü də bu məsələyə biganə yanaşmamalıdır. İki dövlət qurumu arasında olan borca görə, vətəndaş zərər görürsə, bu problem hərhansı bir yolla öz həllini tapmalıdır.

Bu borcun illər ərzində vətəndaşların borclarını ödəmədiyi üçün yığılaraq belə şişdiyi qeyd edilir. Vəziyyəti başa düşmək olar. Ancaq nəzərə almaq lazımdır ki, qarşıdan qış gəlir və vətəndaşlara güzəşt edilməlidir. Bu borc - 25 milyon manat şəffaf şəkildə araşdırılsa, vətəndaşların borcları sıfırlansa, yəqin ki, dövlətin bu addımı təqdirəlayiq qarşılanar. Necə ki, illər əvvəl vətəndaşların işıq pulu borcları bağışlanmışdı.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »