Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk Şurasında yeni səhifə açan İstanbul Zirvəsi...
Türk Şurasında yeni səhifə açan İstanbul Zirvəsi...

Bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilir. Keçən dövr ərzində Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında mövqeyi yüsəlib. Belə ki, 2009-cu ildə Türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Naxçıvan sazişi imzalanaraq, Türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradılıb.

Politoloq İlyas Hüseynov, Bizimyol.info saytına açıqlamasında bildirib ki, cənab Prezident İlham Əliyevin Naxçıvan sammitində proqram xarakterli nitqində önəmli tezislər səslənib.

İlyas Hüseynov İlyas Hüseynov

"Burada Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanmışdı. Azərbaycan, iki il ərzində Türk Şurasına uğurla sədrlik edib. Sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, Türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə səy göstərilib" - deyə politoloq əlavə edib ki, 2019-cu il oktyabrın 15-də Türk Şurasının Bakıda keçirilən Yeddinci Zirvə Görüşündən sonra Azərbaycan təşkilata sədrliyi üzərinə götürüb. Ancaq Azərbaycanın sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, COVID-19 pandemiyası dönəmində bu sədrlik icra olunmuşdu, COVID-19-a qarşı onlayn formatda keçirilən zirvə görüşü qlobal bəlaya qarşı həyata keçirilən ilk beynəlxalq tədbir kimi qeydə alınmışdı.

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adı altında fəaliyyətə başlayan regional təşkilatın ilk təməlləri Azərbaycan Respublikasının Naxçıvan ərazisindən başlayıb. Naxçıvanda başlayan yol, bu gün bütün Türk dövlətlərini öz ətrafında birləşdirmiş, eyni zamanda Naxçıvan sammitində Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev öz proqram xarakterli çıxışında bir sıra önəmli məsələlərə toxunub. Azərbaycanın Zəngəzurdan ayrılmasının bütün Türk dünyasına mənfi fəsadlar gətirdiyi haqqında fikirlər bildirilmişdi. Eyni zamanda qeyd etmək lazımdır ki, Türk Şurasına Azərbaycanın iki illik sədrliyi dönəmində bir sıra mühüm məsələlər öz həllini tapıb".

Politoloq qeyd edir ki, eyni zamanda nəinki dövlət və hökümət başçıları arasında təmasların qurulması, eyni zamanda hökumət üzvlərinin təmaslarının daha da inkişaf etdirilməsi istiqamətində çox saylı görüşlər keçirilmiş və burada Xəzər dənizi vasitəsi ilə yükdaşımaların dayandırılmaması, ərzaq təminatının və dərman preparatlarının mübadiləsi istiqamaətində də bir sıra strateji qərarlar da qəbul olunmuşdur.

"Ötən dövr ərzində Türk Şurası həm də strateji baxımdan önəmli çəkiyə və paya malik olmuşdu. Bu da Azərbaycanın bu təşkilatın beynəlxalq nüfuzunun artırılması istiqamətində səyləri nəticəsində mümkün olmuşdur" - deyən İ.Hüseynov bildirir ki, bu gün həm də Türk Şurasına Özbəkistan tam hüquqlu üzv olmuş, Türkmənistanın müşahidəçi statusunda üzvlüyü qeydə alınmış, həm təşkilatın adının dəyişdirilməsi prosesi baş vermişdir. Türk Dövlətləri Təşkilatı adı altında bu regional təşkilat fəaliyyət göstərəcək.

Ekspert hesab edir ki, bu da təşkilatın beynəlxalq təşkilatlarla daha da dərinləşdirilmiş əməkdaşlıq münasibətlərinin qurulması ATƏT, Avropa İttifaqı, BMT, Avropa Şurası və digər mötəbər Təşkilatlarla əməkdaşlıq münasibətlərinin daha da, genişləndirilməsini gələcək perspektiv də vəd edəcək.

"Eyni zamanda, Vətən müharibəsi dönəmində də Türk Şurasının Azərbaycanın haqq mübarizəsinin dəstəklənməsinin şahidi olmuşuq. Gəncənin və Bərdənin bombalanması zamanı, erməni faşizmini qətiyyətlə qınayan bəyanatlar səsləndirilmişdi. Vətən Müharibəsinin yekunları ilə bağlı İlham Əliyevə çoxsaylı təbrik məktubları, Zəfər gününün qeyd olunması ilə bağlı təmaslarda və məktublarda Türkdilli dövlətlərin burada mövcudluğu nəzərə çarpır. Şübhəsiz ki Türk Dünyasının birləşdirilməsi istiqamətində strateji konsepsiyanın icrasında Türkiyə və Azərbaycanın böyük qatqısı olub. Bu iki dövlət Türk dünyası arasında həmrəyliyin, birliyin təşviq olunması ideyasını hər zaman dəstəkləmiş bundan sonra da Türkiyə və Azərbaycan, Türk dünyası arasında əməkdaşlıq münasibətlərinin qurulması, siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində təşəbbüslərini davam etdirəcəklər" - deyə ekspert bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »