Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanın atdığı addımlara görə Rusiya da məsuliyyət daşıyır"
"Ermənistanın atdığı addımlara görə Rusiya da məsuliyyət daşıyır"

“Rusiya "sülhməramlılarını" Azərbaycan ərazisinə gətirən və Ermənistanı mütləq məğlubiyyətdən qurtaran 10 noyabr 2020-ci il tarixli üçtərəfli videoformat görüşünün ildönümü gününə nəzərdə tutulan eyni formatda növbəti görüş Kremlin bütün səylərinə rəğmən baş tutmadı”.

Bizimyol.info xəbər verir ki, bu barədə sabiq MTN zabiti, politoloq Ərəstun Oruclu 3 ölkə arasında imzalanmış bəyanatın ildönümündə yazıb. Onun sözlərinə görə, rəsmi məlumatlarda bunun əsasən Ermənistanın baş naziri Nikol Paşinyanın üzündən baş tutmaması bildirilir. Ə.Oruclu vurğulayıb ki, görüşün alınmamasının səbəbkarı kimi Ermənistanın baş nazirinin olması, onun nəzərdə tutulan görüşə 2 gün qalmış verdiyi açıqlama ilə əsaslandırılır.

Rusiya, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasının tərəfdarıdırmı?

Politoloq Tural İsmayılov Bizimyol.info saytına açıqlamasında bildirib ki, üçtərəfli görüşlə bağlı Azərbaycan tərəfi rəsmi məlumat yaymamışdı. Belə ki, bu Rusiya tərəfindən müxtəlif mətbuat orqanlarında yayılmış gümanlar idi.

Tural İsmayılov Tural İsmayılov

"Ölkəmizin rəsmi mövqeyi olmadan, görüşün baş tutacağı və yaxud ləğv olacağı ilə bağlı fikirləri doğru hesab etmirəm. Azərbaycan tərəfindən verilən rəsmi məlumatlara inanmağı tövsiyyə edirəm",- deyən ekspert bildirib ki, Rusiyanın nə istəməyindən asılı olmayaraq, 10 noyabr bəyanatına imza atan ölkələrdən biri olduğuna görə, Rusiya, mütləq Azərbaycanla Ermənistan arasında sülhün olmasında maraqlı olmalıdır.

Politoloqun fikrincə, ümumilikdə regionda baş verən bütün qarşıdurmalar, bundan sonra Ermənistanın Azərbaycana qarşı edəcəyi hər hansı bir təxribat, 10 noyabr bəyanatının pozulmasıdır. Burada təkcə Ermənistan deyil, 10 noyabr bəyanatının digər tərəfi olan Rusiya da məsuliyyət daşımış olacaq.

"Qarabağın bəzi bölgələrində Rus sülhməramlılarının müvəqqəti yerləşdirilməsini nəzərə alsaq, bundan sonra bölgədə Ermənistanın atdığı addımlara görə Rusiya da məsuliyyət daşıyır" - deyə T.İsmayılov vurğulayıb ki, Rusiya öz nüfuzunun zədələnməməsi üçün Ermənistanı sülhə məcbur etməlidir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
Son xəbərlər
Bütün xəbərlər »