Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peyvənd haqqında yaranan miflərin arxasında kimlər durur...
Peyvənd haqqında yaranan miflərin arxasında kimlər durur...

Poliomielit, göy öskürək, difteriya, tetanus, hepatit B və B tipli hemofil infeksiyalar əleyhinə uşaqlara vurulan peyvəndlər, onları zərərli infeksiyalardan mümkün qədər tez qorumaq üçün nəzərdə tutulub. Həkimlər, bu peyvəndlərin mümkün qədər məsləhət görülən zaman aralıqlarında edilməli olduğunu bildirirlər.

Lakin cəmiyyətdə uşaqlara vurulan bu peyvəndlər birmənalı qarşılanmır. Peyvəndlər haqqında olmazın hadisələr, rəvayətlər danışılır. Lakin bunların haradan qaynaqlandığı, valideynlərdə niyə qorxu yaratdığı sual olaraq qalır.

Maraqlısı ondadır ki, həkimlərin də peyvəndlərlə bağlı düşüncəsi fərqlidir. Kimisi məsləhət bilir, kimisi bilmir, kimisi isə əhəmiyyətsiz birşey hesab edir və valideyinin öhdəliyinə buraxır. Lakin bütün həkimlər bildirirlər ki, peyvənd edilən zaman uşağın xəstə olmadığından əmin olmaq və peyvənddən öncə həkim yoxlanışından keçmək mütləqdir.

Polikliniklarda çalışan bəzi sahə həkimləri isə bu qədər vacib məqamı heçə sayırlar. Valideynlərə dəfələrlə zənglər edib peyvəndə çağırsalar da uşağın xəstə və ya sağlam olması onları maraqlandırmır. Hətta bu ağıllarına belə gəlmir. İrad olaraq bildirdikdə isə yalnız boğazına baxmaqla kifayətlənib, “əşi, heç nəyi yoxdur. Apar vurdur”-deyərək başdan edirlər. Nə uşaq ümumi yoxlanılmır, nə də digər həkimlərin müayinəsindən keçirilmir.

Bəzi valideynlər bu səhlənkarlığı görüb ya peyvənddən imtina edirlər, ya da özəl kliniklara üz tutmalı olurlar. Bəziləri isə “həkimdir ondan yaxşı bilməyəcəm ki” düşüncəsi ilə səhhəti yoxlanılmamış uşaqları peyvənd etdirirlər və nəticədə problemlər yaşanır. Problem yaranan zaman isə günahkar “peyvənd” olur. Həkim isə bütün məsuliyyəti çiyinlərindən atır. Bütün el-aləmə də yayılır ki, peyvənddən sonra filankəsin uşağı bu hala düşdü. Amma heç kim işin əslini araşdırmır.

Buradan görünür ki, peyvəndlər haqqında yarannan müxtəlif miflərin əmələ gəlməsində birbaşa həkim səhlənkarlıqları, məsuliyyətsizlikləri durur...

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »