Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Çin şirkətlərinə qarşı məhdudlaşdırıcı qanun imzalayıb
Bayden Çin şirkətlərinə qarşı məhdudlaşdırıcı qanun imzalayıb

ABŞ prezidenti Co Bayden milli təhlükəsizliyə təhdid kimi qiymətləndirilən Çin şirkətləri "Huawei Technologies Co" və "ZTE Corp"un ABŞ-da fəaliyyət göstərmək lisenziyası almasına mane olan qanunu imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "haberglobal" məlumat yayıb.

Bildirilir ki, ABŞ hökumətinin Çin telekommunikasiya və texnologiya şirkətlərini məhdudlaşdırmaq üçün atdığı ən son addım, "Təhlükəsiz Avadanlıq Qanunu" oktyabrın 28-də ABŞ Senatı, oktyabrın ortalarında isə Nümayəndələr Palatası tərəfindən 420 əleyhinə, 4 əleyhinə səslə yekdilliklə qəbul edilib.

Yeni qanuna əsasən, Federal Rabitə Komissiyasının (FCC) tənzimləyici orqanı artıq ABŞ-ın milli təhlükəsizliyi üçün qəbuledilməz risk yarada biləcək avadanlıqlara icazə almaq üçün müraciətləri nəzərdən keçirə və ya təsdiq edə bilməyəcək.

Qanunun imzalanması Baydenin Çin Prezidenti Si Cinping ilə planlaşdırılan videokonfransından bir neçə gün əvvələ təsadüf edib. Reuters əvvəlki hesabatında ticarət, insan haqları və hərbi fəaliyyətlərlə bağlı davam edən gərginlik mühitində baş tutacaq görüşün bazar ertəsi keçirilməsinin planlaşdırıldığını bildirmişdi.

Bizimyol.info

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »