Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Buz bağlamış məktəblər, ofislər... – Vətəndaşlar noyabrın 15-ni “iplə çəkir”
Buz bağlamış məktəblər, ofislər... – Vətəndaşlar noyabrın 15-ni “iplə çəkir”

Havaların kəskin soyuq keçməsi istiliklə bağlı problemlər yaradıb.

Bir çox dövlət idarələri, təhsil müəssisələri, yaşayış binaları və s. az qala buz bağlayıb. Səbəb isə heç bir məntiqə sığmayan qaydalardır.

Məlumdur ki, ölkədə hər il “Azəristiliktəchizat” ASC noyabr 15-dən etibarən istiliyin verilişinə başlayır, qazanxanalar işə salınır. Bu tarixdən öncə havalar soyuq keçsə də, heç bir istilik sistemi işə salınmır. Müvafiq qurumlar konkret tarixdə qış rejiminə keçdikləri üçün vətəndaşlar hər il eyni problemlə qarşılaşır, havalar tez soyuyan zaman insanlar soyuqdan əziyyət çəkirlər.

Məktəblərdə isə vəziyyət çox acınacaqlıdır. Qlobal səhiyyə böhranının tüğyan etdiyi bir vaxtda körpə uşaqlar soyuq partalarda necə oturacaqlarını bilmirlər. Bir ildən çox müddətdə məktəb qapıları üzlərinə bağlı qalan şagirdlər indi də istilik problemlərinə görə məktəb üzünə həsrət qalıblar. Müəllimlər isə bilmirlər soyuqdan donan əllərini isitsinlər, yoxsa buz bağlamış barmaqları ilə təbaşir tutsunlar. İnsanalar bilmir ki, özlərini müxtəlif ağır yoluxmalardan, yoxsa  soyuqdəymədən qorusun. Çox qəribə vəziyyətdir. Sanki istilik tez verilsə, ölkədə qaz bitəcək...

İstilik sistemlərinin işə salınması ilə bağlı bu qaydalar isə bizə sovet dönəmindən qalma miras, zərərli tendensiyadır. Çünki dünya mütəsəssisləri car çəkir ki, çox böyük iqlim dəyişiklikləri baş verib. İllərdir ölkəmizdə müşahidə edilir ki, payız fəsli çox qısa çəkir, qış fəsli isə vaxtından əvvəl təşrif buyurur. Onda bu yanaşma kimə və nəyə lazımdır? Noyabrın əvvəli qar yağsa, insanlar yorğana bürünüb işə, məktəbə getməlidir?

Yaxşı olmazmı, norbatın 15-i tarixi hökm olaraq müəyyən edilməsin? Sadəcə, isitmənin tələb olunduğu temperatur özünü göstərəndə istilik sistemləri də işə salınsın. İnsanlar soyuğa necə başa salsınlar ki, noyabrın 15-nə qədər mənə dəymə?..

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »