Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xəzər dənizindən Qara dənizə yollar uzansın” - Ahmet Öven
“Xəzər dənizindən Qara dənizə yollar uzansın” - Ahmet Öven

Türkiyəli mühəndis və stratejik məqalə yazarı Ahmet Öven, ölkəsinin bir çox əhəmiyyətli layihələrdəki rolu haqda yazı qələmə alıb. O, Qarabağ müharibəsinin nəticəsinin nə dərəcədə əhəmiyyətli olmasından söz açmaqla başlayıb. Ahmet Öven, Türkiyə və Azərbaycanın dostluq, qardaşlıq bağına görə birlikdə bir çox layihələr həyata keçirməli olduğunu vurğulayıb.

Bizimyol.info xəbər verir ki, Türkiyəli mühəndis və stratejik məqalə yazarı daha çox “Qara dəniz kanal” layihəsini qabardıb. O, neft və qazın istehsalının çox vacib olduğunu qeyd edib. Bu isə qarşılıqlı investisiya siyasətini möhkəmləndirir.

Ahmet Öven Ahmet Öven

“Uzunmüddətli kanal layihəsi ilə Gürcüstan və Ermənistan Azərbaycan üzərindən Xəzər dənizinə çatmaq imkanı əldə edər. Qara dənizə açılmaqla, dəniz ticarəti potensialı artırıla bilər. Dünya iqtisadiyyatına inteqrasiya fürsəti yaranar”.

Ahmet Öven yazıb ki, hələ 16-cı əsrdə Qara dənizi Xəzər dənizinə birləşdirmək planı olub. Qanuni Sultan Süleyman bu haqda ciddi düşünüb. Dondan Volqaya uzanan su yolu müzakirə predmeti olub. Ahmet Öven bunu ticarət baxımından böyük önəmi olduğunu qeyd edib. Yazar Xəzər dənizindən Qara dənizə yollar uzanmalı olduğuna çox əmindir.

Türkiyəli mühəndis və stratejik məqalə yazarı A.Öven, Azərbaycan donanmasının Qara dənizdə görünmək perspektivindən yazıb. Onun fikrincə, Türkiyə və Azərbaycan birlikdə böyük işlər görə bilər. Su hövzələri vasitəsilə, neft və qaz xətləri uzanar.

Ahmet Öven, Qarabağ müharibəsindəki qələbənin yeni reallıqlar ortaya çıxardığını da bildirir.

Tərcümə: Aytən Məmmədova, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »