Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Navalnının azərbaycanlı məhbəs yoldaşı: “Məni güdürlər…”
Navalnının azərbaycanlı məhbəs yoldaşı: “Məni güdürlər…”

Rusiya müxalifətinin lideri Aleksey Navalnı ilə Pokrov islah müəssisəsində həbs həyatı yaşamış Nəriman Osmanov məşhur müsahibədən sonra Gürcüstana yollanıb. Keçmiş azərbaycanlı məhbus qonşu ölkədə də onu təhlükə gözlədiyini bildirir.

Bizimyol.info xəbər verir ki, Nəriman Osmanov Pokrov islah müəssisəsində Aleksey Navalnıya psixoloji işgəncə verilməsi barədə müsahibədən sonra məşhurlaşıb. O, həqiqətləri danışmaqdan çəkinməyib. Navalnı Osmanova yazı həsr edib və ona böyük təşəkkürünü çatdırıb. Gürcüstana yollanan azərbaycanlı burada izləndiyini deyir.

“Məni güdürlər. Artıq bilirəm ki, Moskvadan gəliblər. Mənə məlumat veriblər, hər şeyi şərh etmək istəmirəm. Sizə bir deyim, mənim Kiyevdə danışacaq çox sözüm var. Bu artıq başqa mövzudur. Ukrayna hökuməti ilə. Navalnıya aidiyyəti yoxdur”.

Navalnının yazdığına görə, Osmanov islah müəssisəsində özü ona yaxınlaşıb. Jestlərlə həmrəylik nümayiş etdirib. Osmanov “Dojd” telekanalına müsahibəsində bütün məhbuslara müxalifət lideri ilə söhbət etməyin qadağan olunduğunu bildirmişdi. Azərbaycanlı isə orada özünü riskə atmaqdan çəkinməyib. Üstəlik, müsahibə verməklə həqiqətlərə işıq salıb.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »