Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda əhalinin silahlanmasına Azərbaycanın cavabı nə olacaq...
Qarabağda əhalinin silahlanmasına Azərbaycanın cavabı nə olacaq...

Xankəndidə qanunsuz fəaliyyət göstərən separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyanın  yerli əhalini silahlanmağa çağırması ilə bağlı mətbuatda məlumat yayılıb.

Hələ noyabrın 6-da Xankəndiyə qanunsuz səfər edən Ermənistanın Müdafiə nazirinin ardından terrorbaşı Araik Arutyunyanın belə sərsəm çağırışı Azərbaycan tərəfini hansı tədbirlər tökməyə, nə kimi hazırlıqlar görməyə vadar edə bilər, yaxud da vadar etməlidir?

Elxan Şahinoğlu Elxan Şahinoğlu

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, susmaqla bu problem həll olunmayacaq: “Qarabağın ermənilər yaşayan hissəsində açıq-aşkar Azərbaycan qanunları işləmir. Bu, bizim ən böyük problemimizdir.  Bu məsələnin həll yolu, birinci növbədə, Laçın dəhlizinin nəzarətə götürülməsindən keçir.  İkinci növbədə isə rusiyalı hərbçilərlə məsələnin müzakirəsindən keçir. Əslində rusiyalı hərbçilər də son zamanlar təxribatların sayını artırıblar. Onlar abidələr açırlar, kilsələr tikirlər. Bu işlərdə Azərbaycan tərəfi ilə heç nəyi razılaşdırmırlar. İlkin mərhələdə, bu problemlərə işıq tutulmalıdır.  Əlavə olaraq, qeyd edim ki, gələn il Ermənistan Xankəndidə yaşayan ermənilərə öz büdcəsindən üç yüz milyon dollar ayırmağı planlaşdırır. Bu barədə də ciddi düşünməliyik. Əgər ora bizim ərazidirsə, nəyə görə Ermənistan ora vəsait ayırmalıdır? Bu haqda deputat Zahid Oruc da fikirlərini bildirib. Mən onunla tamamilə razıyam.  Bu problemlər barədə biz ciddi düşünməliyik.  Çətin olduğu aydındır, çünki orada yaşayan ermənilər bizim qanunlarımıza tabe olmurlar, ora seperatçıların nəzarəti altındadır. Amma biz ora Ermənistanın büdcədən vəsait ayırmasına da seyrci qala bilmərik. Belə çıxır, Ermənistan yenidən dünyaya bəyan edir ki, Xankəndidə yaşayan ermənilərin Qarabağ və Azərbaycana aidiyyatı yoxdur. Burada silahlanma məsələsi də olsa, biz, əlbəttə ki, müəyyən addımlar atmalıyıq. Təbii ki, bu, müharibə anlamına gəlməyəcək. Çünki orda rusiyalı hərbçilər var və biz onlarla toqquşa bilmərik. Amma yenə də bu məsələlərin ciddi həlli barədə düşünməliyik. Susmaqla, üstündən keçməklə bu problem həll olunmayacaq.  Bəli, müharibədə qələbə qazandıq, şəhidlər verdik, ərazilərimizin böyük hissəsini azad etdik. Amma problemlər hələ də qalır. Mən hələ Zəngəzur dəhlizinin açılması prosesinin yubanmasını, sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqların ləngiməsini, sülh sazişi ilə bağlı danışıqların olmamasını demirəm. Bunlar Ermənistanla bizim mövcud olan məsələlərimizdir. Bir də var, özümüzə aid olan məsələlər – Qarabağ.  Biz Qarabağı heç Ermənistanla müzakirə etməli deyilik. Bunu əsasən, Rusiya, rus hərbçilərlə müzakirə etməliyik.

Xankəndidə silah paylanması məsələsində onu da qeyd etmək istəyirəm ki, elə məhz  1980-ci illərdə münaqişə bununla başladı. Orda yaşayan seperatçı əhali silahlandı, Azərbaycan kəndlərinə hücum etməyə başladı, bununla da seperatizmin bünövrəsini qoydular. Sanki, tarix yenidən təkrarlanır. Biz indi Qarabağı yenidən qururuq, tikirik və istəyimiz də odur ki, bir milyon insanımız dədə-baba yurdlarına qayıtsın. Amma biz onların təhlükəsizliyi barədə də düşünməliyik. Ora getsələr və ermənilər yenidən silahlansa, toqquşmalar ola bilər, yenidən müharibə başlaya bilər. Bunların baş verməməsi üçün biz oturub, ağıllı başla düşünməliyik, müəyyən ideyalar olmalıdır. Mən müharibədən sonra bir fikir bildirdim ki, biz müharibədə qələbə qazandıq, indi isə beyin, ağıl müharibəsi başlayır. Kim ağıllı tərpənsə, o daha çox irəli gedəcək. Müharibədə olduğu kimi, ağıl oyunlarında da gərək geri qalmayaq.  Ağıl oyunu ondan ibarətdir ki, Ermənistan Xankəndi üçün büdcə ayırırsa, sən əvvəldən bilməlisən ki, bunun qarşısını necə almaq lazımdır. Silahlar paylanacaqsa, bizim əvvəlcədən bununla bağlı planımız olmalıdır. Onların atacağı addımlar barədə əvvəldən bir görüşümüz olmalıdır.  O, hansı addımı ata bilər ki, mən ona qarşılıq verə bilim, susmayım. Rusiya orada abidə açanda, kilsə tikəndə bunu öncədən bilməliyəm. Bunlar hamısı ağıl oyunlarıdır.

Elxan Şahinoğlu Azərbaycan XİN rəhbərliyinin rus hərbçilərinin Xocalıda kilsə tikməsinə reaksiyasız qalması məsələsinə də toxunub: “Xocalı bizim üçün müqəddəs məkandır. Necə olur ki, bizim razılığımız olmadan, orada kilsə tikilir və Azərbaycan XİN buna heç bir reaksiya vermir? Çünki, bu barədə öncədən düşünülməyib.  Ümumi olaraq, biz Laçın dəhlizini nəzarətə götürmədikcə, problemi həll edə bilməyəcəyik.  Erməni də gələcək, bir başqası da gələcək. İran yükləri necə keçirdi? Mütləq mənada həmin dəhlizdə bizim sərhəd və gömrük xidmətlərimiz fəaliyyətə başlamalıdır. Burada dəhlizin qapadılmasından yox, nəzarətə görütülməsindən söhbət gedir. Aydındır ki, orda rus hərbçilərinin postları var, məlum bəyanata görə də olmalıdır. Amma bizim sərhəd və gömrük xidmətlərimiz də olmalıdır ki, biz keçənlərin kimliyini, daşınan yüklərin nələrdən ibarət olduğunu bilək. Məsələn,bizə Zəngəzurda dəhliz açmağa icazə vermirlər və Ermənistan hakimiyyəti iddia edir ki, dəhliz olmayacaq. Yaxşı, bizə dəhliz olmayacaqsa, sənə niyə Laçında dəhliz olmalıdır ki? Orada bizim adını çəkdiyim xidmətlər yerləşdirilsə, heç bir erməni rəsmisi risk edib, həmin yerlərə keçməz. Bunun üçün gərək dövlət strukturlarımızdan icazə alsın. Arşak Karapetyan gəlsin, getsin, sən çıx, bir açıqlama ver, o, yenə də gəlib gedəcək. Laçın dəhlizini aşsüzənə döndəriblər.  Həmin yeri biz nəzarətə götürmədikcə, problem öz həllini tapmayacaq” – deyə, siyasi ekspert əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
Son xəbərlər
Bütün xəbərlər »