Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna XİN: “Saakaşviliyə qarşı fiziki güc tətbiqi qəbuledilməzdir”
Ukrayna XİN: “Saakaşviliyə qarşı fiziki güc tətbiqi qəbuledilməzdir”

“Ukrayna Gürcüstandan öz vətəndaşı olan Mixail Saakaşviliyə qarşı ləyaqətlə davranmasını tələb edir və ona qarşı fiziki güc tətbiqini qəbuledilməz hesab edir”.

APA xəbər verir ki, Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski Gürcüstanın bu ölkədəki səfiri Giorgi Zakaraşvili ilə görüşü zamanı belə deyib. Bildirib ki, görüş zamanı nazir müavini Gürcüstan tərəfini Ukraynanın mövqeyi ilə bağlı məlumatlandırıb.

Toçitski vurğulayıb ki, Ukrayna Gürcüstanın beynəlxalq hüquqa uyğun olaraq təminat verməyə borclu olduğu M. Saakaşvilinin hüquqlarına riayət olunmasına bundan sonra da xüsusi diqqət yetirəcək.

Qeyd edək ki, Gürcüstan Ədliyyə nazirliyinin Xüsusi Penitensiar Xidməti bu gün sabiq prezident M. Saakaşviliyə qarşı fiziki güc tətbiq edilərək həbsxana xəstəxanasına zorla aparılmasının görüntülərini paylaşıb.

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »