Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alim Qasımovun evindən oğurluq edən kürəkəni haqda hökm dəyişdi
Alim Qasımovun evindən oğurluq edən kürəkəni haqda hökm dəyişdi

Xalq artisti Alim Qasımovun evindən oğurluğa görə həbs olunan kürəkəni, Əməkdar artist Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlamov 9 il azadlıqdan məhrum edilməsinə dair hökmdən apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb və hökm dəyişib.

Bizimyol.info xəbər verir ki, 42 yaşlı Elnur Mövlamovun cəzası azaldılaraq, 9 ildən 8 ilə endirilib.

İttihama əsasən, Alim Qasımovun ailəsi Şamaxıda olduğu müddətdə Elnur Mövlamov açarla qayınatasıgilin evini açaraq, oradan 60 min manatdan çox dəyəri olan qızıl-zinət əşyaları, 5-lik və 10-luq sikkələr aparıb.

Bundan başqa, o, həyat yoldaşı Fərqanə Qasımovanın keçmiş prodüsseri Rəşadət Fərzəliyevi döyməkdə və bu zaman onun üstündə olan pulu da ələ keçirməkdə ittiham olunur.

Elnur Mövlamova qarşı Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 180.2.4 (insanların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq) maddələrilə ittiham irəli sürülüb. O, özünü yalnız oğurluqda təqsirli bilir. Məhkəmədə ifadəsində də bildirib ki, Rəşadət Fərzəliyev həyat yoldaşına qarşı kobud davrandığına, onun sənətilə bağlı diski vermədiyinə görə onun iş yerinə gedib və nəticədə dava olub.

Fərqanə Qasımova ilə Elnur Mövlamovun evliliyindən 4 övlad dünyaya gəlib.

Əvvəllər də narkotik ittihamıyla məhkum edilən Elnur Mövlayevin qayınatasının evindən oğurluq etməsi barədə mediada yayılan məlumatlara Fərqanə Qasımova, Instagram hesabından belə münasibət bildirib:

“Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik. Valideynlərimizin xeyir-duası ilə evləndik. Allah, bizə dörd gözəl bala nəsib etdi. Böyük ailə, böyük məsuliyyətdir. Çox heyf ki, hər şey arzuladığımız kimi olmur. Elnur, geri dönüşü olmayan bir yolu tutdu. Nə qədər çalışsaq da, onu xilas edə bilmədik. Çünki bəzi məqamlarda seçim, insanın öz öhdəsinə qalır. Mən və övladlarım, bu ağır imtahandan da imanımız, ədəbimizlə çıxacağıq. Bu, hər kəsin başına gələ bilər. Yaxşı olar ki, kimsə başqasına rişxənd etməsin...”

Bizimyol.info

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »