Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sevdiyini ala bilmirsənsə, aldğını sevəcəksən" - Xoşbəxtlik razılaşmaqla gəlir
"Sevdiyini ala bilmirsənsə, aldğını sevəcəksən" - Xoşbəxtlik razılaşmaqla gəlir

Xoşbəxtlik, yüzillər boyu "necə əldə edilə bilər" deyə tərif axtarılmış bir duyğudur. Hər dövrün axtarışları da fərqli olub. Mütəxəssislərin fikrincə insan xoşbəxtliyini itirdiyi yerdə axtarmamalıdır. Bəs harda axtarmalıyıq?

Xoşbəxtlik, nisbi anlamdır. Yemək yeyərkən, səyahət edərkən və bir çox fəaliyyətlə məşğul olduğumuz halda, xoşbəxtliyin arxasınca qaçırıq. Əvvəllər daha az yemək çeşidləri vardı, yaşadığımız mühitdən çox da uzaqlaşa bilmək imkanlarımız az idi. İndi isə qarşımızda 40 çeşid yemək olsa belə, dünyanın istənilən nöqtəsinə gedə bilsək belə, yenə depresiyadayıq və yenə bədbəxtik. Bu zaman insan özünə sual verir: daha çoxuna sahib olmaq xoşbəxtlik verirmi?

Türkiyəli psixoloq Beyhan Budağın fikrincə, insan da bir münasibət, bir hədəf, bir xəyal ilə yola çıxır. Bəlkə də hədəfi onu bədbəxt edəcək:

"Qarşımızda bir divar var və biz onu yumruğumuzla dağıtmağa çalışırıq. Divar dağılmadıqca, bu bizdə alışqanlıq halını alır. Divarı dağıtmağa çalışdığım halda, əlimi qırıram. Bu, bir iş və ya bir münasibət ola bilər. "Bu münasibət məni xoşbəxt edəcək, o iş mənim olmalıdır" - hər şeyi nəzarətdə saxlaya bilmə istəyi insanı bitirir. İnsan, aciz bir varlıqdır. Hər zaman eyni yerdə itirirsənsə, o divarı yumruğunla yıxa bilməzsən. Bir atalar sözü var: "Sevdiyini ala bilmirsənsə, aldğını sevəcəksən". Xoşbəxtlik razılaşmaqla gəlir. İnad etsən, o divarı düşünsən, illərlə arxasınca qaçsan əlin həmişəlik qırılacaq. Burada bir mesaj var. O divar sənin üçün deyil. İnsan yerini dəyişdirməlidir. Məsələn; öz içimizdə bədbəxt hiss etdiyimiz zaman deyirik ki, "o kişi və ya o qadın məni xoşbəxt edəcək". Mükafat münasibət gözləntisidir, bu. Daha çox qadınlar düşür, bu düşüncəyə. Bir kişi gələcək və mənim bu günə qədər yaşamadığım hər şeyi mənə yaşadacaq.

Bəzi insanlar üçün bu xarici təsir, o işə sahib olmaq, o evə, o avtomobilə sahib olmaq xoşbəxtlikdir. Yəni, insanlar belə düşünür. Ancaq hər şeyə sahib olan insanlarla da qarşılaşdırmaqla, daxilində bir şeyi dəyişdirmədən xoşbəxt ola bilməzsən. İnsanın özünü qəbul etməsi vacibdir".

Psixoloq qeyd edir ki, insanlar daha çox münasibətlərinə görə bədbəxt hiss edir. Burada qadın-kişi münasibətləri, dost və ailə münasibətləri nəzərdə tutulur.

"Əsl xəstələr, heç bir zaman psixoloqa getmir. Onların xəstə etdiyi insanlar, psixoloqlara üz tutur. Başqalarına zərər verən, narsistik, psixopat xüsusiyyətləri olanlar bizi xəstə edər. Belə insanlar sizi narahat edər, aşağılayar, manipulyasiya edər və günün sonunda "sənin psixoloqa ehtiyacın var" deyərlər" - deyən psixoloq bildirir ki, qadınlar da, kişilər də bədbəxtdir. Ancaq qadınlar, psixoloqlara daha çox üz tutur. Kişilər, öz hisslərini gizlətməyə çalışırlar. Bu formada özlərini gizlədərək, hisslərini hirs və aqresiya ilə əvəzləməyə çalışırlar. Pozitiv düşün, pozitiv olsun - yalan imiş...

Bəzən psixoloqa getdiyiniz zaman o, sizə "pis düşünmə, yaxş düşün, yaxşı olsun, ayrıl, sənə layiq olmaya bilər" və s. ifadələr işlədərək sizi ruhlandırmağa çalışır. İnsan bəzən yaxşı, bəzən pis hiss edə bilər. Ancaq bəzi insanlar düşünür ki, onlar hər zaman yaxşı hiss etməlidirlər. Yaxşı düşünməyə çalışmaq, bəzən əks təsirə səbəb olur. İnsanda günahkarlıq duyğusu yaranır.

"Duyğularınızı bir təpənin üzərində oturub, tramvayın keçişini izlədiyiniz kimi izləməlisiniz. O tramvay haqqında danışa bilərsiniz. O tramvay sizi narahat edə bilər. Amma unutmayın ki, o tramvay gəlib keçir. Onu həyatınızın mərkəzinə qoymayın. Xoşbəxtlik də belə hissdir, gəlib keçir. Onu, həyatınızın mərkəzinə qoymayın. Anın keyfini çıxarın" - deyə ekspert bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
Son xəbərlər
Bütün xəbərlər »