Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
""Fast food" qidalar kökəlməyə hesablanıb"
""Fast food" qidalar kökəlməyə hesablanıb"

Son illərdə aparılan bəzi araşdırmalar inkişaf etmiş ölkələrdə uşaqların "fast food" qidalardan daha çox kalori aldığı müəyyən edilib. Bundan sonra Böyük Britaniyadan olan həkim Kris Van Telleken, hər gün "fast food" yeyərək bir ay sonunda əldə edəcəyi nəticəni qeydə alıb. Həkim müəyyən edib ki, 30 gün müddətində bədənində və beynində çox sayda problemlər yaranıb. Həkimin sözlərinə görə, Böyük Britaniyada hər 5 nəfərdən biri belə qidalanır. Hər gün tərkibində monodosodium glutmat kimi müxtəlif kimyəvi maddələr olan qızarmış toyuq və digər "həddən artıq ləzzətli qidalar" sağlamlıq üçün fərqli problemlər yaradır.

Həkim yediyi qidalardan zövq alsa da, bir müddət sonra bu qidalarn yaratdığı problemlərlə qarşılaşmağa başlayıb. Bu qidaları bir neçə gün qəbul etdikdən sonra keçmişlə müqayisədə həkim, daha tez-tez acmağa başlayır, hətta bəzi qidaları daha çox arzulayır. Onda qəbizlik yaranır və bununla bağlı qeydlərini aparmaqla yanaşı, videolar da çəkir. Və 30 gün sonunda həkimin çəkisi 6,5 kiloqram olaraq dəyişmişdi. Bundan sonra həkim, belə qidalanma ilə bir insanın 6 ay sonra 38 kiloqram kökələcəyini hesablayıb. Həkimin hesablamasına görə, bədən kütlə indeksi iki dəfə artaraq, həddən artıq çəkili kateqoriyasına daxil olub. Bununla yanaşı, həkimdə narahatedici hormon dəyişikliyi də müşahidə edilib. Məsələn; aclıq hormonlarında 30 faiz artım ortaya çıxıb. Doyma hormonlarında isə, azalma müşahidə edilib. Ən böyük dəyişikliklər isə, beyində yaşanıb.

Həkimlər, Tellekenin pəhrizdən öncəki və sonra beyin müayinələrini müqayisə edən zaman beyinin müəyyən bölgələri arasında yeni funksional bağlantının yarandığına şahid olublar.

"Pəhriz, beynimin mükafat mərkəzini təkrar edən avtomatik davranışları yönləndirən bölgələrlə əlaqələndirib. Yəni, bu qidaları yemək, beynimin mən istəməsəm də, belə yeməyimi deyən bir şey halına gəlib" - deyən həkim, bu qidaların tərkibində müxtəlif kimyəvi maddələrin olduğunu vurğulayıb. Bu məhsulların, tam olaraq necə istehsal edildiyi müəyyən edilməsə də, onlarla qidalanmanın artıq 500 kalori verdiyi müəyyən edilib.

Həkim, gənclərə belə qidalardan uzaq durmağı tövsiyyə edib.

Qeyd edək ki, "fast food" qidalar hazır qidalardır, buna hamburqerlər, burqerlər, tanınmış markaların təklif etdiyi xüsusi ədviyyatlarla qızardılmış toyuq budları, nugetlər, "free kartof" və s. aiddir. Mütəxəssislərin fikrincə, bu qidalar, insan orqanizmi üçün ona görə zərərlidir ki, onların hazırlanması zamanı müxtəlif kimyəvi maddələrdən, dadlandırıcılardan istifadə edilir.

Dietoloq Samir Quliyev Bizimyol.info saytına açıqlamasında bildirir ki, "fast food" qidalar çəki verməklə yanaşı, immun sistemi də zəiflədir. "Zərərli qidalardan "fast food" yeyən biri kök, ətli-qanlı görünə bilər. Ancaq ağır xəstəliklər zamanı bu insanlar, daha çox əziyyət çəkir. Çünki "fast food"-lar kökəlməyə hesablanıb. Bu qidalar, orqanizmi vitamin və ya minerallarla təmin etmir. Və "fast food" qidalarla qidalanmaq, uzun müddətli olduğu zaman bədən gücdən düşür. Çəki, yağ və piy qatı artır. Həyat üçün əhəmiyyətli orqanlar yağlanır. Qaraciyər, ürək və böyrəklər yağlanır, funksiyaları pozulur. Nəfəs almaq çətinləşir, hərəkətin sürəti azalır, qaraciyər yağ bağladığı üçün bədəni toksinlərdən təmizləmə gücünü itirir və s. Bu zaman isə insan orqanizmi gücdən düşür" - deyən ekspert bildirir ki, bu gün valideynlər, övladlarına "fast-food" qidalar verməkdən çəkinmir və onların həyatını təhlükəyə atırlar.

"Fast-food" qidalar çox ləzzətli ola bilər, amma bu insan orqanizmi üçün çox zərərlidir. Bunu hər kəs bilməli və belə qidalardan uzaq olmalıdır.

Mütəxəssis qeyd edib ki, valideynlər "fast food" qidalar əvəzinə uşaqlarını sağlam qidalar və meyvə-tərəvəzlə qidalandırsalar, onlar daha sağlam və güclü böyüyə bilər.

Təəssüflə qeyd edək ki, bu gün bütün ölkələrdə "fast -food" qidaların satışını həyata keçirən restoranlar şəbəkəsi var. Qidaların təhükəli olduğundan dəfələrlə danışılsa da, bütün dünyada insanlar, bu qidalara üstünlük verir. Buna görə də, bütün dünyada insanların əksəriyyəti həddən artıq köklük və onun fəsadları ilə qarşılaşır.

İlahin, Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »