Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Soyuq Şimalda “xoşbəxlik axtaran” qaynar şərqlilər
Soyuq Şimalda “xoşbəxlik axtaran” qaynar şərqlilər

“Latviya digər Baltikyanı ölkələr kimi Belarusdan Aİ-yə daxil olmağa çalışan qeyri-qanuni miqrantları qəbul etməyəcək”. Bu barədə ölkənin müdafiə naziri Artis Pabriks Latviya radiosuna müsahibəsində bildirib.

Bazar ertəsi Belarusun Dövlət Sərhəd Komitəsi bildirib ki, Belarus və Polşa sərhədində Aİ-yə daxil olmağa çalışan bir neçə min miqrant var. Polşa hakimiyyəti bunun qarşısını almaq üçün sərhədə əhəmiyyətli qüvvələr cəlb edib. Polşa təhlükəsizlik qüvvələri onları ölkəyə buraxmır, miqrantlar isə maneələri aşmağa cəhd ediblər. Rəsmi Varşava Belarus prezidenti Aleksandr Lukaşenkonu sərhəddəki böhranı gərginləşdirməkdə ittiham edir.

Polşa, eləcə də Avropanın digər dövlətləri miqrantları qəbul etmək istəmədiklərini bildirməklə yanaşı, bu miqrant axınının Rusiya və Belarus siyasi dairələri tərəfindən düşünülən, Minskin icra etdiyi süni təzyiq vasitəsi olduğunu iddia edirlər. Hətta Polşa XİN-dən miqrantların Rusiyaya məxsus “Aeroflot” şirkəti tərəfindən Belarusa daşındığı bildirilmişdi. Doğrudur, şirkət bunu təkzib etdi, amma “od olmayan yerdən tüstü çıxmaz” deyiblər. Onu da deyək ki, Polşa dövləti sərhədində belə gərgin vəziyyət yarandığı halda faktsız iddia səsləndirəcək halda deyil.

Bütün bunlarla yanaşı, böyük güclərin savaş meydanına çevirdikləri ölkələrin çarəsiz vətəndaşları  yaşamaq üçün Avropaya pənah aparırlar. Amma bu talesiz insanların həyatı üzərindən də siyasi oyunlar qurulur. Belarusla Polşa sərhədində Avropaya “xoşbəxlik axtarışına çıxan”, əsasən İrak və Suriyadan olan kürd əsilli insanlar artıq beşinci gündür ki, sərhəddə saxlanılıblar. Qaynar Şərqdən qaçmış minlərlə insan - qocalar və uşaqlar şimal dövlətinin soyuq meşəsində taleyin hökmünə buraxılıblar.

Əllbətdə, burada birmənalı şəkildə Avropanı onlara sahib çıxmamaqda günahlandırmaq yersiz olar. Çünki terror və xəstəliklərin tüğyan etdiyi bir zamanda heç bir ölkə “çağırılmamış qonaq” qəbul etmək istəməz, istəmir də. Xüsusən də, o “qonaqlar” Rusiya vasitəçiliyi ilə “təşrif gətiriblərsə”.

Aldadılmış insanlar bu qış günündə sağ qalmaq üçün ümid işığı axtarırlar. Nə yolla olur-olsun sərhədi keçib Avropa demokratiyasına sığınaraq yaşamaq istəyirlər. Onları bu hala salanlar isə insan haqlarını pozduqları üçün onlara tətbiq edilən sanksyaların insan haqlarını pozmaqla aradan qaldırmaq planlarını həyata keçirməyə çalışırlar.

Dünya avtoritar rejimlərə qarşı məhz buna görə mübarizə aparır – insana dəyər verilmədiyi üçün...

Qadir Həzi, Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »