Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mona Liza”: 15 yaşında varlı kişiyə ərə getmiş qadın
“Mona Liza”: 15 yaşında varlı kişiyə ərə getmiş qadın

Rəssamlıq dünyasının böyük nümayəndəsi Leonardo da Vinçinin bir çox əsərləri 500 ildir məşhurluğunu qoruyur. İntibah dövrünün simalarından sayılan italyan sənətkar ölməz rəsm nümunələri yaradıb. Təkcə “Mona Liza”nın adını çəkmək kifayətdir.

Bizimyol.info xəbər verir ki, Leonardo da Vinçinin qəhrəmanı Florensiyada tanınmış ailədə doğulub. Liza del Cokondo ailənin böyüyü olub. Ona Liza adını ata nənəsinin şərəfinə veriblər. Ailədə 7 uşaq dünyaya gəlib. Lizanın 3 bacısı, 3 qardaşı olub.

Məşhur sima 1479-cu il iyunun 15-də doğulub. Onun anası Lukretsiya del Kaççiya Antonmariya di Noldo Qerardininin üçüncü həyat yoldaşı imiş. Əvvəlki iki qadın doğuş zamanı həyatını itirib. Qerardininin böyük təsərrüfatı olsa da, ailəni zəngin adlandırmağa dəyməz. Taxıl əkmək, şərab, zeytun yağı hazırlamaq, heyvan saxlamaq Qerardiniləri maliyyə problemlərindən xilas etmirmiş. Ev o qədər nimdaş imiş ki, Lizanın uşaq yaşlarında kirayə daxmaya köçmək lazım gəlib.

Liza 15 yaşında tacir Françesko di Bartolomeo di Zanobi del Cokondoya ərə gedib. O, haradasa anasının taleyini yaşayıb. Parça alverçisi əvvəlki iki həyat yoldaşını itiribmiş. Lizaya cehiz vermək üçün atası fermasını satmalı olub. Tarixçilər hesab edir ki, qız öz qərarı ilə ərə gedib və həyat yoldaşını sevirmiş. Böyük ehtimalla Leonardo da Vinçiyə portreti Françesko di Bartolomeo di Zanobi del Cokondo sifariş verib.

Liza və Françeskonun nikahından beş uşaq doğulub. Tacirin taundan həyatını itirməsi Lizaya çox pis təsir edib. Qadın uzun müddət özünə gələ bilməyib. Həyatının son illərini onun qayğısına qalan rahibə qızı Lüdovikanın yanında – Müqəddəs Ursula monastırında keçirdiyi məlumdur. Liza 63 yaşında vəfat edib. Onun məzarı 2005-ci ildə Müqəddəs Ursula monastırında aşkarlanıb.

“Mona Liza”nı hər il Luvr muzeyində təxminən 6 milyon adam ziyarətə gəlir.

Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
››› Hərbi qulluqçumuz şəhid olub - Ermənistanın növbəti təxribatı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »