Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"YouTube"dan mübahisə yaradacaq qərar
"YouTube"dan mübahisə yaradacaq qərar

"YouTube" rəsmiləri bu gündən etibarən platformadakı bəyənməmək nömrələrinin istifadəçilərdən gizlədiləcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, "YouTube" son vaxtlar məzmun istehsalçılarını qorumaq və onların işini asanlaşdırmaq üçün bir sıra yeniliklər üzərində işləyir.

"YouTube" çox müzakirə olunacaq daha bir yeniliyi açıqladı. Açıqlamaya görə, "YouTube" 1 noyabr 2021-ci il tarixindən etibarən istifadəçilərə bəyənməmək rəqəmlərini göstərməyəcək. Məzmun istehsalçıları isə öz videolarında bəyənməmələrin sayını görməyə davam edəcəklər.

"YouTube"un ən əsas xüsusiyyətlərindən biri olan bəyənmə və bəyənməmə düymələri həm məzmun istehsalçıları, həm də izləyicilər üçün böyük əhəmiyyət kəsb edir. Bununla belə, şəbəkə rəsmiləri öz açıqlamalarında bu gündən etibarən heç bir videoda dislike sayının göstərilməyəcəyini açıqlayıblar.

Səlahiyyətlilər izah etdi ki, bu vəziyyətə səbəb kiçik miqyaslı məzmun istehsalçılarına qarşı nifrət reydləridir.

Mart ayında bəyənməmələrin sayını ləğv edəcəyini açıqlayan "YouTube", digər YouTuber-ları ələ salan, izləyici sayı çox olan youtuberlər tərəfindən tənqid edilib və şirkətin platformasındakı videolar bəyənməmə hucumuna məruz qalıb.

"YouTube"un bu qərarı bəzi istifadəçilər tərəfindən bəyənilsə də, bəziləri tərəfindən tənqid olunur.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »