Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diqqət: Saxta xeyriyyəçilərin qurbanına çevrilə bilərsiniz
Diqqət: Saxta xeyriyyəçilərin qurbanına çevrilə bilərsiniz

Son günlərdə sosial şəbəkə  istifadəçilərinə qəribə mesajlar gəlməyə başlayıb. Belə ki, mesajlar xarici adlarla açılmış hesablardan göndərilir. Mesajların məzmunu isə adətən belə olur: “Həyat yoldaşımı itirmişəm. Özüm də ağır xəstəyəm. Övladımız da yoxdur. Ona görə də bütün malımı, mülkümü xeyriyyəçilik işlərinə sərf etməyi düşünürəm. Xahiş edirəm siz də bu işdə mənə kömək olun. Bütün var-dövlətimi sizə göndərmək istəyirəm. Həmin pulu ehtiyacı olan insanlar arasında bölüşdürün”.

Bu mesajı yazan şəxslər isə özünü əcnəbi kimi qələmə verir və Azərbaycan dilində “google translate” vasitəsilə yazdıqlarına inandırmağa çalışırlar. Bəs əslində bu insanlar kimlərdir? Əsl niyyətləri nədir?

Səkinə İlqarqızı Səkinə İlqarqızı

İT mütəxəssisi Səkinə İlqarqızı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, mesajlar bizim həyatımıza , maddiyyatımıza ziyan vura bilər və bu məqsədlə bizə göndərilir.

“Gündəlik həyatımız o qədər sosiallaşıb ki, sosial şəbəkəsiz yaşaya bilmərik deyə fikirlər yaranır. Bütün dostlarımız buradadır, çoxunun da burada işi var. Smartfonlarımızdakı kontaktlar və təqvimlərimizdəki tədbirlər bu sosial şəbəkə ilə sinxronlaşdırılır. Sosial şəbəkə hesabı vasitəsilə biz bir çox başqa xidmətlərə daxil oluruq və bütün bunları itirmək ölüm kimidir. Siz sadəcə Sosial şəbəkəni tərk edə bilməzsiniz, ancaq öz davranışınızın qaydalarını dəyişə bilərsiniz (və etməlisiniz). Əks təqdirdə, pulunuzu, karyeranızı, hörmətinizi və hətta yaxınlarınızı itirmək riski ilə üzləşəcəksiniz.

Əvvəlcə bu tip müraciətləri yazan insanlar bizi sosial şəbəkədə izləyirlər. Ətraflı məlumat topladıqdan sonra ziyan vurmaq istədikləri adamı necə deyərlər “ovlamağa” başlayırlar .

Qeyd etmək istərdim ki, ən çox bu cür ziyan vermək istəyənlər ən məşhur platformaları özlərinə hədəf seçirlər. 2015 -ci ilə qədər bu tip mesajlar “MAİL.RU”-ya yönləndirildi və adətən spam bölməsinə düşüb unudulurdu. Amma aldadılan insanlarda çox olurdu. Şəxsi hesablarını pul köçürülməsi üçün atan, mobil telefonunu yazan və daha nələr-nələr. Bəzən elə olurdu ki, dələduzlar dərhal məlumatları istifadə etmirdilər, bir qədər zaman keçəndən sonra oğurluq əməllərini icra edirdilər”.

İT mütəxəssisi bildirib ki, sosial şəbəkədə pul oğurluğundan başka, diğər əməllərdə mövcuddur.  “Ziyanvericilər gizlin araşdırma apardıqdan sonra bizə yox, yaxın dostlarımıza və ailə üzvlərimizə hücum edə bilirlər . Hətta bizim adımızdan istifadə belə edə bilərlər. Son zamanlar video zəng ilə müraciətlər çox geniş yayılıb.

Sosial həyatınızı, əsas da sosial şəbəkədə təhlükəsiz vaxt keçirməyiniz üçün tövsiyyə edirəm ki, "Hər kəs üçün" yazılarının dərci zamanı ehtiyyatlı olmaq lazımdır. Yazınızı elə qurun ki, bütün yazılar “Dostlar” üçün və ya “Dostların Dostları” üçün bölməsində yerləşdirilsin. Xüsusilə də fotoşəkilləri diqqətli dərc edin. Əgər siz həqiqətən də bütün sosial şəbəkə istifadəçisinə nəsə demək istəyirsinizsə, bu rejimi ictimai rejimə keçirmək asandır.

Əsla olduğunuz məkanları dərc etməyin! Kənar şəxslər sizi izləyə, ofisinizin və ya hətta evinizin ünvanını öyrənə bilər. Xüsusilə uşaqlar və yeniyetmələr üçün təhlükəlidir. Göndərdiyiniz fotoşəkillərdə coğrafi işarələməni söndürün. Sosial şəbəkə check-inlərini dərc etməyin və ya onları görən insanların məhdud siyahısını yaradın.

Ən sonda isə şəxsi tanışlığınız olmayan insanlarla dostluq etməyin! Çox vaxt yad insanlar dost kimi əlavə olunur və çoxlu ortaq dostlarınız varsa, nəzakətsiz görünməmək üçün dəvəti qəbul edə bilərsiniz. Həmin profil istifadəçisi dərhal bütün məlumatlarınızı "dostlar üçün", o cümlədən yuxarıda təsvir edilən qeydiyyatlar, həyat tarixləri və s. əldə edə biləcək. İndi o, sizinlə dostluğun nüfuzunu artırmasından istifadə edərək, sizə və dostlarınıza mesajlar (ola bilsin ki, spam və ya zərərli linklər) göndərə, həmçinin daha çox yeni dostlar əlavə edə biləcək”,-deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »