Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Avropanı qaz tranzitini kəsməklə hədələyib
Lukaşenko Avropanı qaz tranzitini kəsməklə hədələyib

Belarus prezidenti Aleksandr Lukaşenko sanksiyaların genişlənəcəyi təqdirdə Avropa İttifaqını “Yamal-Avropa” transmilli qaz kəməri ilə keçən qazın Avropaya tranzitini dayandıracağı ilə hədələyib.

Bizimyol.info xəbər verir ki, "BelTA" xəbər agetliyinin verdiyi məlumata görə, Lukaşenko bunu ölkənin hökumət rəhbərləri ilə görüşündə deyib.

"Biz Avropanı isidirik, onlarsa, hələ də bizi hədələyirlər ki, sərhədi bağlayacaqlar. Bəs biz təbii qazı kəmərini bağlasaq orada vəziyyət necə olacaq? Ona görə də mən Polşa rəhbərliyinə, litvalılara və digər başsız insanlara danışmazdan əvvəl düşünmələrini tövsiyə edərdim", - deyə Lukaşenka Avropa dövlətlərini təhdid edib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »