Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu günədək 100-dən çox məhkum azad edilib
Bu günədək 100-dən çox məhkum azad edilib

Amnistiya aktının qəbul edildiyi gündən aidiyyəti üzrə komissiya və işçi qrupu yaradılır. Amnistiyanın şamil ediləcəyi məhkumların siyahısının baş idarəyə təqdim olunması üçün onların şəxsi işləri, əvvəlki məhkumluqları ilə bağlı məlumatlar öyrənilir.

Bizimyol.info xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin təşkilat nəzarət idarəsinin rəisi Vüqar Abışov “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə keçirilən dəyirmi masada çıxış edərkən deyib.

Məlumatların informasiya bazasından istifadə edilərək yoxlanıldığını vurğulayan V.Abışov bildirib: “Amnistiya aktının şamil olunduğu, lakin tətbiq edilmədiyi məhkum ola bilməz. Eyni zamanda, Ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin və ədliyyə orqanları əməkdaşlarının birgə fəaliyyəti ilə ciddi nəzarət həyata keçirilir. Penitensiar müəssisələr üzrə bu günədək 100-dən çox məhkum azad edilib. Cəza müddəti azaldılan məhkumlarla bağlı isə prokurorluğa müraciət edilib”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »